Keçid linkləri

Təcili xəbərlər

WhatsApp köhnə cihazlarda çalışmayacaq


WhatsApp artıq Android, iOS, Windows Phone əməliyyat sistemlərinin köhnə versiyasıyla çalışan smartfonlara dəstəyini kəsib.

Proqram Android 2.2 və aşağı, iOS 6.0 və ondan əvvəlki, həmçinin Windows Phone 7 əməliyyat sistemli telefonlarda artıq işləməyəcək.

Bu cür smartfonların bazar payı az olduğundan dəyişiklik o qədər də çox istifadəçiyə təsir etməyəcək.

Google Dashboard-ın göstəricisinə görə, Android smartfonların əksəriyyəti Kitkat və sonrakı versiyalarla çalışır. Apple cihazlarının isə 8 faizindən də azı iOS 9-dan əvvəlki versiyalarla çalışır.

Windows Phone 7 ilə işləyən cihazlar isə çox azdır.

WhatsApp Nokia-nın Symbian və Blackberry OS platformalı smartfonlara dəstəyini bu ilin iyun ayına qədər uzadıb. O zamanadək bu cihazlarda proqram çalışacaq.

WhatsApp köhnə əməliyyat sistemlərinin tez-tez yenilənən özəlliklər üçün yetərli olmadığını bildirir.

Populyar söhbətləşmə dünyada bir milyarddan artıq istifadəçisi var. Xidmət fayl göndərmə, video zəng və bir çox başqa özəllikləri dəstəkləyir.

Ən son yazılan

XS
SM
MD
LG