Keçid linkləri

Təcili xəbərlər

Gürcü və azərbaycanlı oxucular barədə


Son üç ayda mütəmadi olaraq bir gürcü saytına bloglar yazıram. Doğrudur, gürcü dilini bilmirəm, amma əməkdaşlar sağ olsun, ruscadan tərcümə edirlər. Elə ilk blogumu Gürcüstandakı bir problemimdən və ordakı hakim rejimi tənqid etməklə başladım. İlan vuran ala çatıdan qorxar, yazı çıxan günü gözləyirdim ki, indi gürcülər yazacaq ki, Gurcustanda oturub, buranın çörəyin yeyirsən, havasın udursan, suyun içirsən, gəmidə oturub gəmiçi ilə dava eləmə, xoşun gəlmir, bas bayıra, cəhənnəm ol get başqa yerdə yaşa və s və ilaxır. Yəni son on ildə hər gün eşitdiyim sözlər.

Bir gün sonra email-imə yüzdən çox məktub gəldi. ...Sadə gürcü də yazdı ki, mən filan yerdə işləyirəm, bilmirəm necə kömək edə bilərəm, amma nəsə edə bilərəmsə, hazıram.

Bir gün sonra email-imə yüzdən çox məktub gəldi. Gürcüstan ombudsmanından yazdılar ki, sizə necə kömək edə bilərik. Gənc Hüquqşünaslar Assosiasiyasından yazdılar ki, sizə pulsuz hüquqi yardım göstərə bilərik. Tələbə cəmiyyətindən yazdılar ki, biz tələbələr olaraq artıq dövlətə sorğu göndərmişik sizin problemlə bağlı. Azərbaycanlı aktivistlərin, jurnalistlərin vəziyyətini daim nəzərdə saxlayan Yaşıllar Hərəkatı yazdı ki, bəlkə sizin problemlə bağlı bir aksiya keçirək. Jurnalistlər məsələni araşdırmağa başladılar. Televiziyadan əlaqə saxladılar. Yazıçı və şairlər üzrxahlıq dolu məktublar yazdılar ki, siz bizim ölkəyə sığınmısız, bizim qonağımızsız, bu ölkədə sizə problem yaradılırsa, bu bizim xalq olaraq utancımızdır. Sadə gürcü də yazdı ki, mən filan yerdə işləyirəm, bilmirəm necə kömək edə bilərəm, amma nəsə edə bilərəmsə, hazıram.

Əslində, normal cəmiyyətdə yazıya, işıqlandırılan problemə reaksiyanın belə olmasında təəccüblü heç nə olmamalı idi. Amma mən təəccüblənirdim. Çünki bir qələm adamı, bir yazar kimi görmədiyim günə düşmüşdüm. Çünki öz vətənimdə hər hansı problemdən yazanda problem qalır kənarda, oxucuların 90 faizinin reaksiyası bu olur: “sən özün kimsən e”. Baxırsan ki, doğrudanmı bu adamları sənin bu problemə toxunmağın, fikirlərin, etirazın hiddətləndirir. Bu adama heç bir dəxli olmayan bir şeyi tənqid etməyinə qəzəblənir. Fikir verirsən, görürsən, yox. Onu sadəcə sənin var olmağın hiddətləndirir.

...doğrudanmı bu adamları sənin bu problemə toxunmağın, fikirlərin, etirazın hiddətləndirir. Bu adama heç bir dəxli olmayan bir şeyi tənqid etməyinə qəzəblənir. Fikir verirsən, görürsən, yox. Onu sadəcə sənin var olmağın hiddətləndirir.

Onlar düşünürlər ki, axı sən kimsən. Prezident səni yazıçı elan etmədən, Yazıçılar Birliyinə üzv olmadan, AzTV-də ümumdaxili məhsula şeir demədən, əl-ətək, dal öpmədən, bir-iki ədəbi kahinin kölgəsində dolanmadan var olmağın bu adamlara yer eləyir. Onlar təsəvvür etmirlər ki, kimsə özü özündən, öz gücünə var ola bilər, yaza bilər, oxuna bilər, uğur qazana bilər.

Fikir vermişəm, belə insanlar ən çox bir insan tipinə nifrət edir, onu parçalamağa hazır olurlar. Bu insan tipi – yaltaqlanmadan, əyilmədən uğur qazana bilən insan tipidir. Bu insan tipinin, belə bir şeyin mümkünlüyü yaltaqlara, vəzifə, şöhrət, pul üçün əqidə dəyişənlərə rahat yaşamağa imkan vermir. Yaltaqlanmadan uğur qazana bilən insanların var ola bilməsi onların içini gəmirir. Onların “adamın gərək qabağa çəkəni ola” kimi özlərinə həyat devizi olaraq seçdikləri minusovkaların gücü və parlaqlığı itir. Buna görə də, yaltaqlanmadan uğur qazanan insan tipinə nifrət edir, öz yaltaqlıqlarını, əyilmələrini, xaraktersizliklərini qürurlu insanlara bağışlaya bilmirlər.

Milan Kunderanın “Varoluşun dözülməz xəfifliyi” əsərində maraqlı bir yer var. Yeni siyasi rejim doktor Tomaşdan tələb edir ki, bir müddət əvvəl onları tənqdid etdiyi məqaləyə görə üzr istəsin. Doktorun bir çox kolleqaları oxşar tənqid yazmışlar və yeni rejim gələndən sonra üzr istəməyə məcbur olublar. İndi onların hamısı eyni şeyi Tomaşdan gözləyirlər. Gözləyirlər ki, sonuncu doktor da üzr istəsin və onların vicdanı rahat olsun. Rahat olsunlar ki, belə lazım idi və hamı da belə elədi. Amma doktor Tomaş o üzrxahlığı yazmır və işdən gedib şüşəsilən işləyir.

Bizim oxucuların çoxu yazardan yaltaqlanmağını istəyir. O istəyir ki, sən kiməsə, nəyəsə, necəsə yaltaqlanasan. Prezidentə, nazirlərə, milli dəyərlərə, vətənə, doqquz iqlim qurşağına, saza, dolmaya, Sarı Gəlinə, muğama...nəyə olur-olsun, amma bunlardan birinə hökmən yaltaqlan.

Bizim oxucuların çoxu yazardan yaltaqlanmağını istəyir. O istəyir ki, sən kiməsə, nəyəsə, necəsə yaltaqlanasan. Prezidentə, nazirlərə, milli dəyərlərə, vətənə, doqquz iqlim qurşağına, saza, dolmaya, Sarı Gəlinə, muğama...nəyə olur-olsun, amma bunlardan birinə hökmən yaltaqlan. Yaltaqlan və biz sənin yaltaqlanmağınla özümüzə haqq qazandıraq. Bir daha özümüzü inandıraq ki, biz düz yoldayıq, belədir hər şey. Yazar azadlığı, qələm adamının azad fikri, fərqli düşüncə tərzi kimi ifadələr ona uzaq, gülməli, mənasız bir şey kimi gəlir.

Mən belə bir oxucu tayfası üçün yazmağa məcbur olduğumdan, əsl oxucu diqqəti, əsl oxucu qayğısı, münasibətinin nə demək olduğunu bilməmişdim, görməmişdim.

Haqsızlıq kimi çıxmasın, mən Azərbaycanda da yaxşı, diqqətli oxucu da görmüşəm. 10 ildə bu oxucuların sayı barmaq sayını keçməyib. Amma Gürcüstanda ilk yazıdan toplumun, cəmiyyətin oxucu, özü də diqqətli, məsuliyyətli oxucu olmasının nə demək olduğunu gördüm. Gördüm ki, əslində normal toplumlarda qələm adamı necə hörmət və ehtiramla qəbul olunur.

Gürcüstanı və gürcüləri tərifləmirəm. Gürcüstanda da problem çoxdur, gürcülərin də adamı özündən çıxaran xüsusiyyətləri az deyil. Amma elə bir məqam var ki, gürcü toplumu orda ya özünə, ya da qarışımdakına DUR deyə bilir.

Mən həm də gürcü qonaqpərvərliyinin, mərdliyinin mif olmadığına, möhkəmliyinə şahid oldum. Gürcü oxucular biləndə ki, mən ordan getməyə məcbur olmuşam, Gürcüstan höküməti mənə oturum verməyib, bərk sarsılırlar. Onlara elə gəlir ki, kimsə evlərinə girib, onların qonaqlarını zorla qovub. Bunu heç cür həzm edə bilmirlər. Hökumətləri ilə haqq-hesab çəkir, cavab tələb edir, narazılıqlarını bacardıqları yolla büruzə verirlər. Bir nəfər, bircə nəfər də tapılmadı desin ki, yaxşı ediblər, sən kimsən, niyə burda yaşamalısan, niyə gedib öz ölkəndən haqq-hesab tələb eləmirsən, bizim höküməti tənqid edirsən.

Gürcüstanı və gürcüləri tərifləmirəm. Gürcüstanda da problem çoxdur, gürcülərin də adamı özündən çıxaran xüsusiyyətləri az deyil. Amma elə bir məqam var ki, gürcü toplumu orda ya özünə, ya da qarışımdakına DUR deyə bilir. Bir də...mən bu ölkədə özümə edilmiş haqsızlıqdan yazanda, bir insan da tapılmadı ki, haqsızlığa, vicdansızlığa bəraət qazandırsın. Bu isə çox vacib şərtdir. Çox vacibdir ki, insanlar pisliyə haqq qazandırmasınlar. Cəmiyyət o zaman deqradasiyaya uğrayır ki, insanlar ədalətsizliyə, pisliyə, haqsızlğa bəraət qazandırmağa çalışır.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG