Keçid linkləri

Təcili xəbərlər

Avtomobillər bir-biri ilə danışacaq


Hyundai avtokonserni 2020-ci ildə öz avtomobilləri üçün Connected Cars adlı xüsusi Əməliyyat Sistemini buraxmaq fikrindədir. Bu yeniliyi şirkət yeni buraxacağı avtomobillərində quraşdırmağı planlaşdırır.

Yaxın gələcəkdə avtomobillər ünsiyyət imkanlarına görə müasir smartfon və internet cihazlarından heç də geridə qalmayacaq. Məhz yeni Connected Cars sistemi istifadəçiyə avtomobilin multimediyasına tam qoşulmağa imkan verəcək. Əsas üstünlüklərdən biri isə avtomobilin şəhərin infrastrukturuna və ya analoji əməliyyat sistemi olan digər Hyundai avtomobillərinə qoşulmaq imkanıdır. Yəni iki Hyundai öz aralarında mahnılar, fayllar və s. paylaşa biləcək. İlk Connected Cars 2020-ci ildə satışa buraxılacaq.

Hyundai Əməliyyat Sisteminin mütəxəssisləri əmindirlər ki, bu yeni sistem sürücüləri həm də gözlənilməz hadisələrdən sığortalayacaq. Connected Cars-ın çoxfunksionallığı həmçinin vaxta qənaət edəcək və onun daha faydalı istifadəsi üçün də imkan yaradacaq.

Ən son yazılan

XS
SM
MD
LG