Keçid linkləri

“Sevilya”nın baş məşqçisi Jorge Sampaoli kariyerasının müəyyən bir dövründə Messini çalışdırmaq istədiyini dilə gətirib.

Argentinalı məşqçi Messiylə çalışmağın zövqlü ola biləcəyini düşünür: “Messini çalışdırmaq və onunla hər gün meydançada görüşmək istərdim. Bu, dünyanın ən yaxşı futbolçusunu yaxından görmək üçün bənzərsiz bir fürsətdir”.

Sampaoli Messinin mükəmməl səviyyədə olduğunu və hər kəsin ona məşqçilik etməyi arzuladığını bildirib: “Messi kimi bir oyunçunu xoşbəxt edə bilsəz, oyunun 95 faizinə sahibsiniz demək. Bu, Maradonanın özünü yaxşı hiss etdiyi günlərə bənzəyir. Leo yaxşıdırsa, uduzmaq çox çətindir”.

Qeyd edək ki, Sampaoli “Sevilya”dan öncə Çili yığmasında çalışıb. O, komandaya 2015-ci ildə Amerika Kubokunu qazandırdıqdan sonra istefa verib.

Argentinalı mütəxəssis 2016-cı ilin Oktyabr ayının ən yaxşı baş məşqçisi seçilib. Bu ayda 5 oyuna çıxan "Sevilya” 4 qələbə və 1 heç-heçə ilə yadda qalıb.

Şərhləri göstər

XS
SM
MD
LG