Keçid linkləri

Təcili xəbərlər

ABŞ kəşfiyyatı: Rusiya kiberhücumların arxasındadır


CIA
CIA

ABŞ kəşfiyyat xidməti bildirib ki, Rusiya Federasiyası üçüncü şəxslərin köməyi ilə WikiLeaks-ə material ötürdüyü haqda “təkzibedilməz dəlillər” əldə etməyə müvəffəq olub.

Oktyabr ayında ABŞ-ın rəsmi kəşfiyyat icmasının nümayəndələri bəyan etmişdilər ki, ölkənin seçki sisteminə olan kiberhücumların arxasında rus xakerləri dayanır. Daha sonra Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) KİV vasitəsilə Rusiyanı ABŞ Demokratik partiyasının serverlərinə daxil olmaqda ittiham etmişdi. Lakin o vaxt xaker hücumlarını Rusiya ilə birbaşa bağlayan heç bir sübut təqdim edilməmişdi.

Reuters xəbər agentliyinin verdiyi məlumata görə, dəlillərdən ibarət hesabatlar ötən çərşənbə axşamı ABŞ prezidenti Barak Obamaya təqdim edilməli idi, lakin adları çəkilməyən məmurların sözlərinə görə, elə əvvəlki kimi, hazırda da bu hesabat hələ ki, iş prosesindədir.

WikiLeaks-in təsisçisi Culian Assanj (Julian Assange) Fox News telekanalına müsahibəsində qeyd edib ki, o heç bir məlumatı Rusiyadan almayıb.

Rusiya prezidenti Vladimir Putin kiberhücumla bağlı şərhində bildirib ki, dərc edilmiş hesabatlarda Rusiyanın marağında olacaq heç bir şey yoxdur, bu məsələdəki isterika isə hesabatların tərkibində olanlardan fikir yayındırmaq məqsədi daşıyır. Prezidentin mətbuat katibi Dmitri Peskov isə Moskvanın ünvanına yönləndirilmiş ittihamların “tamamilə əsassız” olduğunu deyib.

Ən son yazılan

XS
SM
MD
LG