Keçid linkləri

Təcili xəbərlər

Təcili yardım dronları


Bəzi ucqar ərazilərdə insanlar təcili yardım üçün saatlarla gözləməli olurlar.

Bu gözləmə vaxtını azaldıb, həyatları xilas etmək üçün yeni dron layihəsi hazırlanıb.

Pilotsuz çalışan dron iri təcili yardım helikopopterlərindən fərqli olaraq kiçik ölçüdədir və demək olar ki, istənilən yerdə enib-qalxa bilər.

Dron layihəsi Texasda yerləşən “Argodesign” şirkəti tərəfindən hazırlanıb.

Kiçik avtomobil ölçüsündə olan pilotsuz uçuş aparatı gərgin tıxaclarda belə hər yerə enə bilər. Cihazı hazırlayanlar əvvəlcə sürücüsüz təcili yardım maşını düşünüblər və nəticədə bu cür dron ideyası ərsəyə gəlib.

Şirkətin rəhbəri Mark Rolston dronların tibbi məqsədlə istifadəsinin, hərbi və ya fotoqrafiya üçün işlədilməsindən daha faydalı olduğunu düşünür.

Dron GPS-lə, pilotla və ya hər ikisinin kombinasiyası ilə idarə oluna bilər.

Cihaz xəstəxanaya uçmazdan əvvəl xəstəyə ilkin yardım göstərmək üçün tibb işçisini çatdıracaq.

Dron hələki layihə mərhələsindədir və model hazırlanır.

Bu cür dronların hazırlanması üçün xərc çox olsa da, nəticədə tibbi helikopterlərdən daha ucuz başa gələ bilər.

Ən son yazılan

XS
SM
MD
LG