Keçid linkləri

Təcili xəbərlər

Alimlər insan bədənində yeni orqan aşkar ediblər


Alimlər həzm sisteminin bir hissəsi olan mezenteri ayrıca orqan kimi təsnif etməyi və ona elmin ayrıca bir qolunu həsr etməyi təklif ediblər.

İralandiyanın Limerik Universitetinin cərrahiyyə professory Kalvin Kofeyin (Calvin Coffey) son tədqiqatları göstərib ki, əslində mezenter ayrı-ayrı fraqmentlərdən ibarət deyil, bütöv bir orqandır.

Yeni kəşf edilmiş orqanın funksiyaları hələlik bilinməsə də, həkim qeyd edib ki, mezenterin patalogiyalarının öyrənilməsi qastroenterologiya və tibbin digər sahələri kimi, tibbi araşdırmaların ayrıca bir qolunu təşkil edtməlidir.

"100 il əvvəl verilmiş anatomik təsvir düzgün deyildi. Bu orqan bölünmüş deyil. Bu, sadəcə bütöv bir strukturdur. Biz mezenterə hər hansı başqa orqan kimi yanaşdığımız zaman qarın xəstəliklərini bu orqan nöqteyi-nəzərindən təsnif edə biləcəyik", deyə Kofey qeyd edib.

"İndi biz onun anatomiyasını və strukturunu müəyyən etmişik. Onun funksiyasını anlasaq, anormal funksiyanı da müəyyən edə biləcəksiniz. Bu isə artıq xəstəliyi anlamaq deməkdir. Bunların hamısını bir yerə yığanda artıq yeni mezenteriya elmi yaranmış olur", - alim deyib.

Tədqiqatın nəticələri "The Lancet" tibb jurnalında dərc edilib.

Professor Kofey vurğulayıb ki, mezenterin öyrənilməsi tibb elminin yeni bir sahəsinə çevrilməlidir. Qeyd edilir ki, artıq bu il ABŞ-ın tibb universitetlərinin proqramına dəyişiklik ediləcək. Mezenterin bütöv bir orqan kimi təsnifatı artıq ən nüfuzlu dərsliklərdən biri - "Gray's Anatomy"yə daxil edilib.

Qeyd edək ki, alimlərin bu kəşfdən öncəki təsəvvüründə mezenter nazik bağırsağı qarının arxa divarına bərkidən, iki vərəqdən ibarət qat idi.

Bu orqan hələ 1508-ci ildə dahi italyan mütəfəkkiri Leanardo da Vinci tərəfindən təsvir edilib. Ancaq əsrlərlə, bugünə qədər onun bu təsviri görməzdən gəlinib.

XS
SM
MD
LG