Keçid linkləri

Azərbaycandakı hazırkı iqtisadi şərtlərin manatın "sərbəst üzən məzənnə" rejiminə keçidini mümkünsüz etməsilə bağlı ötən həftə yazıma xeyli irad və rəylər gəldi. Müzakirlər isə davam edir.

Əsas arqumentlərdən biri də Rusiya və Qazaxıstanda niyə sərbəst məzənnə rejiminin mümkün olması ilə bağlıdır. Sual verirlər: niyə təngə və rubl üzə bilir, manat yox?

Görünən budur ki, "mümkündür" deyənlərin sayı daha çoxdu. Əsas arqumentlərdən biri də Rusiya və Qazaxıstanda niyə sərbəst məzənnə rejiminin mümkün olması ilə bağlıdır. Sual verirlər: niyə təngə və rubl üzə bilir, manat yox?

MDB-nin resurs ölkələri içərisində iqtisadiyyatın şaxələnməsinə görə Rusiya və Qazaxıstan lider, Türkmənistan və Azərbaycan autsayderdi – bu arqumenti kənara qoyuram.
İqtisadiyyatın dollarlaşma səviyyəsinə görə, Azərbaycanın uyğun göstəricisi həm Rusiyadan, həm Qazaxıstandan az qala 2 dəfə yüksəkdir - bu arqumentin dən dərininə getmirəm.

Hər bir təhlilçinin sərbəst məzənnə rejiminə keçidin mümkün olub-olmaması məsələsində öz arqumenti var. Mənim arqumentim yalnız ödəmə balansına söykənir. 3 ölkənin ödəmə balansının nəticələrini nəzərdən keçirək:

Yalnız valyuta ehtiyatlarının 1.2 mlrd. əriməsi və ölkəyə uçota alınmayan kanallar vasitəsilə daxil olan valyuta kütləsi hesabına tədiyə balansının açığını qapatmaq mümkün olub.

Azərbaycan - tədiyə balansında 1.2 mlrd. USD kəsir yaranıb. Maliyyə hesabının kəsiri 2 mlrd. USD olub. Cari hesablar balansını kəsiri də 1.1 mlrd. USD olub. Yalnız valyuta ehtiyatlarının 1.2 mlrd. əriməsi və ölkəyə uçota alınmayan kanallar vasitəsilə daxil olan valyuta kütləsi hesabına tədiyə balansının açığını qapatmaq mümkün olub.

Qazaxıstan - tədiyyə balansında 250 mln. USD müsbət saldo yaranıb. Birbaşa investisiya kimi ölkə iqtisadiyyatına 15.2 mlrd. USD sərmayə daxil olub. Cari hesablar balansında 5.5 mlrd. USD kəsir yaransa da, maliyyə hesabının kanalları üzrə ölkəyə valyuta axınlarının üstün həcmdə daxil olması tədiyyə balansında kəsir yaranmasına imkan verməyib

Rusiya - tədiyyə balansında 10.1 mlrd. USD müsbət saldo yaranıb. Ölkədən kapital axını ən pik göstərici ilə müqayisədə 5 dəfədən çox azalıb. Qazaxıstandan fərqli olaraq ölkəyə birbaşa və portfel investisiyaların həcmi kiçikdir və nəticədə maliyyə hesabı çərçivəsində ölkəyə nəinki xarici investor və kreditorlar hesabına valyuta axınları olub, əksinə ölkənin maliyyə öhdəliklərində (-) 13 mlrd. USD-ə azalma qeydə alınıb.

Əvəzində cari hesablar balansında 15 mlrd. USD-dən çox müsbət saldo yaranıb, Rusiya bankların xaricdəki aktivlərin geri gətirilməsi sayəsində ölkəyə 23 mlrd. USD vəsait daxil olub. Nəticəni bir daha xatırladıram - Rusiyanın tədiyə balansında 10 mlrd. USD-dən çox profisit yaranıb.

Diqqət edin - bu ölkələrin hər ikisində tədiyyə balansının ən mühüm 2 hesabından birində müsbət saldo yaranıb və bunun sayəsində valyuta bazarında sabitliyi təmin etmək mümkün olub. Azərbaycan hər 2 hesabda defisit qeydə alınıb.

Diqqət edin - bu ölkələrin hər ikisində tədiyyə balansının ən mühüm 2 hesabından birində müsbət saldo yaranıb və bunun sayəsində valyuta bazarında sabitliyi təmin etmək mümkün olub. Azərbaycan hər 2 hesabda defisit qeydə alınıb.

Və son nəticə - hazırda Rubl dollar qarşısında ən uczulaşdığı həddlə (79 rubl=1 USD) müqayisədə 25% dəyər qazanıb (hazırda 59.5 rubl = 1 USD).
Hazırda təngə dollar qarşısında ən uczulaşdığı həddlə (384 təngə=1 USD) müqayisədə 14% dəyər qazanıb (hazırda 333 təngə=1 USD).
Azərbaycan manatı isə əksinə son 1 ildə dollar qarçısında ən yüksək dəyər qazandığı həddlə (1.43 manat = 1 USD) müqayisədə 24% dəyər itirib (hazırda 1.77 manat=1 USD).

Bir maraqla nüans da var: Qazaxıstan Mərkəzi Bankının valyuta ehtiyatları 2014-cü ilin iyulundan indiyədək 3 mlrd. USD artaraq 30 mlrd. USD çatıb, Azərbaycan Mərkəzi Bankının ehtiyatları 4 dəfəyədək azalaraq 15.3 mlrd. USD-dən 4 mlrd. USD-ə enib.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Sənin fikrin

Şərhləri göstər

XS
SM
MD
LG