Keçid linkləri

Təcili xəbərlər

Yalansız günlər


Yox, yox, söhbət qətiyyən ondan getmir ki, artıq Azərbaycanda ən yüksək siyasi dairələrdən tutmuş ən aşağılaracan yalan danışmırlar, ya da onlar “yalansız yaşamağa” qərar veriblər.

Əsla!

Azərbaycanda yenə də şiri-şotu çıxarılmış yalanlar danışılır, həm də əvvəlkindən çox.

Həm də əvvəlkindən daha ürəkbulandıran şəkildə.

Həm də əvvəlkindən daha qızıl-qırmızı yalanlar danışılır.

Bundan sonra da danışılmağa davam edəcək.

...arada kiçik, ancaq önəmli bir ayrıntı var: lap öncələr yalan ayaq da açırdı, yeriyirdi də. İnsanlara ən sadə həqiqətləri izah etmək nəinki müşkül, hətta mümkünsüz idi.

Sadəcə, arada kiçik, ancaq önəmli bir ayrıntı var: lap öncələr yalan ayaq da açırdı, yeriyirdi də. İnsanlara ən sadə həqiqətləri izah etmək nəinki müşkül, hətta mümkünsüz idi.

AzTV-də deyilənlər və göstərilənlər qeyd-şərtsiz qəbul olunurdu, onlar barədə mübahisə və ya müzakirə açmaq mənasız iş idi.

AzTV deyirdisə, göstərirdisə ki, “qatıq qaradı”, qurtardı getdi, deməli, qatıq qaradı, vəssalam!

Bu hardasa 1990-cı illərin ortalarından sonlarınadək davam etdi.

Tədricən adamlar ovaxtkı idaretmənin Sovet idaretməsindən məzmun və mahiyyət etibarilə heç nə ilə fərqlənmədiyini anladılar, ortaya haqlı sual çıxdı: “Bir halda ki, müstəqillik dövrü 1960-70-ci illərin bozluğundan, durğunluğundan, istedadsız və bayağı təbliğat-təşviqat mühitindən, “pripiskalarından”, yalanlarından heç nə ilə fərqlənməyəcəkdi, onda bu müstəqillik kimə lazım idi?”

...elə bunun nəticəsidir ki, 90-cı illərin sonlarından müxalifətin kütləvi mitinqləri başladı, onminlər rejimin indiki qədər amansız, qəddar olmasa da, hər halda heç zəif də olmayan repressiyalarına baxmayaraq etiraz aksiyalarına qoşulurdu.

Bax elə bunun nəticəsidir ki, 90-cı illərin sonlarından müxalifətin kütləvi mitinqləri başladı, onminlər rejimin indiki qədər amansız, qəddar olmasa da, hər halda heç zəif də olmayan repressiyalarına baxmayaraq etiraz aksiyalarına qoşulurdu. 1998-ci il prezident seçkisi də daxil olmaqla sonrakı bütün parlament və prezident seçkiləri sistemin biabırçı, bununla belə, etiraf edilməyən, fantastik saxtakarlıqlar hesabına “hakimiyyətin qələbəsi” kimi elan və təqdim olunan məğlubiyyətlərini də bura əlavə edək.

Vəziyyət aydın idi: yalanlar davam edirdi, yenə ayaq açırdı, ancaq indi bir fərq vardı – yerimirdi!

Bax elə ona görə də rejim 2000-ci illərin ortalarından daha da amansızlaşdı. Sərtləşdi.

Sərbəst toplaşmaq azadlığı “icazəli toplaşmaq azadlığına” dönüşdürülərək, faktiki olaraq ləğv edildi.

Söz azadlığı ya inanılmaz təhdid, basqı və həbslərlə, ya da şirnikləndirmələrlə dəfn olundu.

Həbsxanalar davamlı şəkildə və Azərbaycan tarixinin bəlkə də heç bir dönəmində olmadığı qədər siyasi məhbuslarla, vicdan dustaqları ilə dolduruldu və s.

Rejim bununla nəyə ümid edirdi? Yalanın yenidən ayaq açıb yeriməsinə, yerimək nədi, lap yüyürməsinə, iri, iti addımlarla insanların qəlbinə, beyninə girməsinə.

Rejim bununla nəyə ümid edirdi?

Yalanın yenidən ayaq açıb yeriməsinə, yerimək nədi, lap yüyürməsinə, iri, iti addımlarla insanların qəlbinə, beyninə girməsinə.

Neft pulları həqiqiətləri malalamaq üçün əla fürsətə çevrilmişdi, yolların kənarlarına çəkilən hasarlar, binaların üzünə vurulan bəzəklər, korrupsiya ilə assosiasiya edilən körpülər, dəbdəbəli göydələnlər, küçələrə döşənən mərmərlər...

Bunun üstünə “ünvanlı sosial yardım” adı ilə paylanan yeni növ sədəqələri, hakimiyyət tənqidçilərinin çoxunu ələ almaq üçün göstərilən səxavəti, xərclənən pulları və daha nələri, nələri gəlin.

İlk baxışda belə görünürdü ki, rejim istəyinə nail olub, ölkədə yalanın heç bir alternativi qalmayıb, toplumun da bu yalanlara inanmaqdan, boyun əyməkdən, təslim olmaqdan başqa yolu!

Amma, ancaq və lakin.

Azalan neft pulları ilə həqiqətlər və yenidən parlaq şəkildə gün üzünə çıxdı.

Azalan neft pulları ilə həqiqətlər və yenidən parlaq şəkildə gün üzünə çıxdı.

Neft pulları üzərində qurulan yalançı təntənə özlüyündəncə yox olmağa başladı.

Ağlı başında olan hər kəsə onsuz da aydın idi, indi isə hamıya məlum oldu ki, şəninə təriflər oxunan, vəsflər söylənən “analoqsuz inkişaf” sabun köpüyündən başqa bir şey deyilmiş.

Neft pulu yoxdursa, təntənə də yoxdur!

Nə var? Manatın devalvasiyası var. İşsizlik var. İxtisarlar dalğası var. Qapanan, ölkəni tərk edən şirkətlər var.

Dəhşətli bahalaşma var.

Qaytarılmayan yüz milyonlarca manat kredit, borc icində boğulan yüz minlərcə insan var.

Sosial qayğılar içində çapalayan, bu qayğılardan qurtuluş yolu tapmayan, gələcəklə bağlı isə heç bir ümidi qalmayan insanların son çarə kimi əl atdıqları intiharlar var.

Bu ürəkdağlayan sıralamanı istədiyiniz qədər uzada bilərsiniz.

Və ən əsası: artıq ölkənin gerçək durumunu yazmağa, söyləməyə gərək də qalmayıb. Hər şey bütün çılpaqlığı ilə hamının gözü önündədir. Kiməsə nəyisə izah etməyə gərək qalmayıb.

Və ən əsası: artıq ölkənin gerçək durumunu yazmağa, söyləməyə gərək də qalmayıb.

Hər şey bütün çılpaqlığı ilə hamının gözü önündədir. Kiməsə nəyisə izah etməyə gərək qalmayıb.

Adamlar artıq bunu öz həyatlarında yaşayırlar.

Yalanların artıq ayaq belə aça bilmədiyi dönəm başlayıb.

Heç kimə əvvəlki qədər asan, rahat yalan satmaq, yalan yedirtmək mümkün deyil.

Yalan da ki, yerimək bir yana qalsın, ayaq açmadı, apar tulla. Nəyə lazımdı axı belə yalan! Varkən yox kimi bir şeydir.

...Bax yazının “yalansız günlər” başlığı ilə anlatmaq istədiyim də budur...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

XS
SM
MD
LG