Keçid linkləri

Tarix boyu bacarıqsız iqtidarlar çox zaman daxili siyasətdə buraxdıqları səhvləri, cinayətləri, savadsız idarəçiliyi həmişə "xarici qüvvələrin" təsiri ilə izah etməyə çalışıblar. Bu gün ətraf ölkələrdə və Azərbaycanda baş verənlər də bunun sübutudur.

Rusiya. Uzun illərdir ki, Kreml daxili siyasətdə, sistemin içində olan problemləri "mənfur Qərbin" təsirləri ilə izah etməyə çalışır, mütləq "xarici düşmən" obrazı yaradılır, zaman-zaman bu obrazlar dəyişir, gah Ukrayna, gah Gürcüstan, gah Türkiyə düşmən kimi təqdim edilir, Qərb isə daimi düşməndir, Rusiyanın bütün bəlalarının mənbəyi Qərbdir - bu siyasət ciddi təbliğat üzərində qurulub, xalqı daxili problemlərdən yayındırmaq üçündür.

Xarici dövlətlərin maraqları varmı? Təbii ki, var, məsələn, ən ağrılı yerimiz olan Qarabağ probleminin həlli beynəlxalq güclərdən çox asılıdır, amma...

Türkiyə. Son zamanlar qardaş ölkədə, "xarici qüvvələr ölkəni dağıtmaq istəyir", fikri artıq marazm halına gəlib. Lirənin obyektiv iqtisadi və siyasi proseslərə görə dəyərdən düşməsini belə xarici qüvvələrin əməliyyatı kimi təqdim edirlər. Halbuki, son 1 ildə ölkədə yüzlərlə şirkət milliləşdirilib, minlərlə iş adamı həbs edilib, siyasi hakimiyyət Mərkəzi Bankın müstəqilliyini əlindən alıb, üstəgəl qeyri-sabitlik var, buna görə də daxili və xarici investor ölkədən qaçır - təbii olaraq da lirə dəyərdən düşür, hətta bunu belə "xarici qüvvələrin əməliyyatı", kimi təqdim edirlər və xalq buna inanır.

Azərbaycan. Mən həm Rusiya, həm Türkiyə misalını ona görə yazdım ki, bu iki ölkə bizim informasiya və teleməkanın 70-75%-nə nəzarət edir və oralardan gələn təbliğat xalqa təsir göstərir. Bizim yerli tv-lər də illərdir hökumətin təbliğatına uyğun olaraq bütün problemləri "xarici qüvvələrin", qonşu ölkələrin boynuna atırlar, ölkənin coğrafi mövqeyini, xarici dövlətlərin maraqlarını əsas problem kimi göstərirlər. Xarici dövlətlərin maraqları varmı? Təbii ki, var, məsələn, ən ağrılı yerimiz olan Qarabağ probleminin həlli beynəlxalq güclərdən çox asılıdır, amma: 1) Ölkədə normal təhsilin olmasına Kreml icazə vermir? 2) Yoxsa məhkəmələrdə sifarişli və ədalətsiz qərarlar çıxartmağı Obama əmr edir? 3) Bəlkə Avropa bizdə keyfiyyətli səhiyyə sistemi yaratmağa imkan vermir? 4) Yoxsa İran deyir ki, büdcəni dağıdın, rüşvət alın, inhisarçılığı idarəetmə formasına çevirin? 5) Bəlkə Ankara israr edir ki, ölkədə kommunal xidmətlər baha və keyfiyyətsiz olsun?

Başqalarını bilmirəm, bizdə "xarici qara qüvvələr" elə ölkənin var-yoxunu xaricə daşıyanlardır, öz xalqanı xarici, ikinci növ adam kimi baxanlardır. Vəssalam...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG