Keçid linkləri

Təcili xəbərlər

‘Honda’dan aşmayan motoskl


Hər bir motosiklet sahibi bilir ki, onları dik saxlamaq, balanslaşdırmaq bəzən çox çətin ola bilər.

Honda şirkəti bu məsələyə bir çözüm tapıb.

Las Veqasda keçirilən “CES 2017” elektronika sərgisində şirkət özünü tarazlaşdıran motosikletini təqdim edib.

“Riding Assist” adlanan motosiklet özünü balanslaşdırmaqla yanaşı, öz-özünə sürülərək sahibini izləyə bilər.

Məqsəd sahiblərinin motosikletlərini aşırdıqları aşağı sürət qəzalarının qarşısını almaqdır. Çünki yüksək sürətlə gedərkən motosikleti taraz saxlamaq asan olsa da, yavaşlayan zaman cazibə qüvvəsi buna imkan vermir.

Digər şirkətlərin bənzər layihələrindən fərqli olaraq, “Riding Asist” özünü tarazlaşdırmaq üçün ağır giroskoplardan istifadə etmir. Bunun yerinə, motosiklet Silikon Vadisində hazırlanan “Asimo” robot və “Uni-Cub” elektrikli mobil skuterində istifadə olunan balanslaşdırma texnologiyasından yararlanır.

Firma motosikletin istehsalına nə zaman başlayacağını açıqlamayıb.

Şirkətin hədəfi tıxacları, qəzaları azaltmaq üçün maşınların bir-birləri ilə və infrastrukturla əlaqə qura biləcəyi bir gələcək qurmaqdır.

Ən son yazılan

XS
SM
MD
LG