Keçid linkləri

Təcili xəbərlər

“Ağıllı” saç daraları, naviqator cins şalvarları, ev robotları


ABŞ-ın Nevada ştatında hər il keçirilən dünyaca məşhur Consumer Electronics Show - CES 2017 sərgisi bitmək üzrədir.

Məlumatlara görə, 1967-ci ildən Las-Veqas şəhərində keçirilən bu sərgidə bu il bir çox qeyri-adi eksponatlar sərgilənib.

Yeni cihazlar arasında L’Oreal şirkəti “ağıllı” darağını təqdim edib. Bu daraq saçı darama sürətini və təzyiq gücünü saçların quruluğunu, istifadəçinin yerləşdiyi məkanın hərarətini və rütubətini hesablayaraq müəyyənləşdirir.

Spinali Design cins şalvarları isə naviqator kimi işləyə bilər. Fransız mütəxəssisləri bu cinsə yolu “göstərməyə” nail olublar: istiqamətdən asılı olaraq cins şalvar sağ və ya sol cibindən vibrasiya verir. Cinsi hazırlayan komanda həmçinin “ağıllı” bikinini də yaradıb. Günəş vannası qəbulunun müəyyən müddətdən uzun çəkdiyi halda bikini bu haqda öz sahibinə xəbər verir.

Klivlend hospitalında idmançının beyin silkələnməsi keçirdiyini bildirən bir cihaz hazırlanıb. Bu avadanlıq kaskaya təchiz edilərək zərbənin gücünü və istiqamətini müəyyən edib, müvafiq siqnalı idmançıdan 75 metr məsafədə yerləşən həkimlərin smartfonuna göndərir.

Las-Veqasdakı sərgidə xeyli sayda müxtəlif robotlar da sərgilənib: ev işlərində yardım edən robotlar, uşaq üçün yoldaşlar, hava limanında köməkçi ola biləcək robotlar və s.

Ən son yazılan

XS
SM
MD
LG