Keçid linkləri

Təcili xəbərlər

Istənilən noutbuk üçün sensorlu ekran


Hər notbukda sensor ekrana rast gəlmək olmur. Yeni texnologiya isə adi notbuk ekranını sensora çevirməyə imkan verir.

Las Veqasda keçirilən “CES 2017” sərgisində təqdim olunan “Airbar” adlı cihaz adi ekranı sensora çevirə bilər. Qurğu notbuk ekranının aşağı hissəsinə,USB girişə qoşulur.

Cihaz görünməyən işıq sahəsi saçaraq istifadəçinin əl hərəkətlərini tanıyır və əmrlər şəklində kompüterə ötürür. Beləliklə, kompüterin ekranındakı faylları açmaq, səhifələri çevirmək, fotoları yaxınlaşdırmaq və digər işləri görmək olar.

Cihazın əvvəlki versiyaları yalnız Windows-la çalışan notbuklarda dəstəklənirdi. Artıq bu USB əlavə OsX əməliyyat sistemiylə işləyən 13.3 düymlük Macbook Air notbuklarında da çalışacaq.

“Apple” şirkəti illərdir bir çox sensor cihazlar istehsal etsə də, MacBook-a bu özəlliyi gətirməkdə tələsmirdi. “Airbar” məhz istifadəçilərin istəkləri nəzərə alınaraq, hazırlanıb.

İstehsalçıların iddialarına görə, “Airbar”ın işıq sahəsi o qədər həssasdır ki, əlcəkli əllərə, fırçalara da reaksiya verir. Macboook istifadəçiləri Apple qələmindən də faydalana bilərlər.

Cihazın qiyməti 99 dollardır.

Ən son yazılan

XS
SM
MD
LG