Keçid linkləri

Təcili xəbərlər

Mərkəzi Bank niyə inflasiya proqnozunu açıqlamır?


Mərkəzi Bankın öz saytında birinci yazdığı kimi fəaliyyətinin əsas istiqaməti öz səlahiyyəti daxilində qiymət sabitliyini təmin etməkdir. Mərkəzi Bankın 2017 ilə bağlı bəyənatına baxıram, amma infilyasiyanı hansı səviyyədə proqnozlaşdırması açıqlanmır. Bunun əvəzinə “infilyasiyanın məqbul səviyyədə” ifadəsini işlədir. Hansı səviyyəni məqbul sayır açıqlamır.

İnanmıram belə bir proqnozları olmasın. İnfilyasiya səviyyəsini proqnazlaşdırmaq Mərkəzi Bank üçün qeyri-adi bir şey olmamalıdır. Görünür ictimaiyyətə açıqlamaq istəmirlər.

Dünyada çox mərkəzi banklar infilyasiya hədəfi (target inflation) ilə bağlı mərkəzli siyasət yürüdür. Azərbaycanda isə, iki ildir, Mərkəzi Bank “pul siyasətinin çərçivəsini inflyasiyanın birbaşa hədəflənməsi rejiminə uyğunlaşdırmaq istiqamətindəki fəaliyyətini davam etdirəcəkdir” deyir, amma adi inflyasiya proqnozunu belə açıqlamır. Halbuki, 2015-ci il bəynatında 2-3% səviyyəsində hədəflədiyini elan edilmişdi. İnanmıram belə bir proqnozları olmasın. İnfilyasiya səviyyəsini proqnazlaşdırmaq Mərkəzi Bank üçün qeyri-adi bir şey olmamalıdır. Görünür ictimaiyyətə açıqlamaq istəmirlər. Nəyə görə ictimaiyyətə açıqlamaq istəməsinlər ki?

Fikrimcə Mərkəzi Bankın inflyasiya proqnozunu açıqlamamasında əsas səbəb inflasiyaya təsir edəcək qərarları özünün ala bilməməsidir. Məsələn, Mərkəzi Bank hesablaya bilər ki, faizləri bu qədər qaldırsaq, dövriyyədəki pulu filan qədərdə tutsaq, məzənnəni filan səviyyə qaldırsaq inflyasiya filan səviyyədə olacaq. Amma faizləri qaldırmaq qərarını Mərkəzi Bank özü verə bilmir deyə (Çox güman ki, Prezident Aparatından və ya Maliyyə Nazirliyindən gələn zəngə əsasən qərar çıxarır) inflyasiyanın başını buraxıb “məqbul səviyyə” ifadəsi ilə yola verməyə çalışır.

Bu arada bunu da əlavə edim ki, 2017-ci il bəyanatı Möhtərəm Cənab Prezident’lə açılır. 2015 bəyənatında isə sadəcə “cənab prezident”lə xitab ediblər.

Yuxarıda qeyd etdiyim kimi, inflyasiya hədəfini tutdurmaq mərkəzi bankların əsas uğuru sayılır. Bizim Mərkəzi Bank inflyasiya hədəfini, inflyasiya proqnozunu belə elan edə bilmir.

Bu arada bunu da əlavə edim ki, 2017-ci il bəyanatı Möhtərəm Cənab Prezident’lə açılır. 2015 bəyənatında isə sadəcə “cənab prezident”lə xitab ediblər. (2016 bəyanatında isə ümumiyyətlə “cənab” “Prezident” “Əliyev” sözləri yoxdur). Görünür Elman Rüstəmov Əliyevin onu qurban vermək ehtimalını azaltmaq istəyir. Adam vəzifədə qalma ehtimalını hesablamaqla məşğuldur mən də yapışmışam inflyasiya proqnozun hanı?

Mərkəzi Bank “tənzimlənən üzən məzənnə” deyir. Tənzimlənən üzən məzənnə (vikipediadakı tərifə əsasən) odur ki, məzənnə dalğalanır amma mərkəzi bank valyuta sataraq (alaraq) buna təsir edir. Eyni zamanda Elman Rüstəmov bu ilin büdgə müzakirəsi zamanı demişdi ki, “üzən məzənnə rejiminin prinsiplərinə əsasən, Mərkəzi Bank valyuta bazarında iştirakını minimuma endirib”.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

XS
SM
MD
LG