HAKİMİYYƏTİN YENİ İL HƏDİYYƏSİ...
Yeni ilin lap astanasında hökumət bir qrup televiziya və radio jurnalistini mükafatlandırmağa qərar verdi. “Bir qrup” deyəndə ki, onlar heç də az deyildilər - onlarla insana fəxri titullar və diplomlar təqdim olundu və biz o qədər yeni simalar gördük ki, bir sualı özümüzə verməkdən dayana bilmədik: əcaba, ölkədə bu qədər televiziya və radio jurnalisti varsa, niyə efir bu gündədir?..
Bəli, ölkədə lap barmaqla sayılası qədər televiziya və radio var. Üstəlik, onların səviyyəsi elə bir haldadır ki, insanlar efir aclığını yalnız Rusiyanın və Türkiyənin kanallarının hesabına təmin edirlər.
“BÖYÜK” JURNALİSTLƏR ÇOXDUR, BÖYÜK MEDİA İSƏ...
Bəlkə də televiziyanı və radionu ümumi jurnalistikanın konteksindən ayırmaq düzgün deyil. Ona görə ki, ümumi jurnalistikanın durumu hansı vəziyyətdədirsə, elektron informasiya mənbələri də o haldadır.
Azərbaycanda artıq qəzetlər yoxdur. Düzdür, köşklərdə bir neçə qəzet görə bilərsiniz. Amma daha nə əvvəlki qəzet “bumu” var, nə də ki, yazılı medianın zəfər çağları.
Azərbaycanda artıq qəzetlər yoxdur. Düzdür, köşklərdə bir neçə qəzet görə bilərsiniz. Amma daha nə əvvəlki qəzet “bumu” var, nə də ki, yazılı medianın zəfər çağları.
Ümumilikdə götürdükdə, medianın tarixi, təkamülü elə ölkədəki siyasi sistemin tarixi deməkdir – rejim gücləndikcə, medianı budamaqda davam etdi. Nəticədə də indiki vəziyyət yarandı –“böyük jurnalist”lər çoxdur, amma böyük qəzetlər yoxdur.
ADAMIN ÜRƏYİNDƏN YALTAQLANMAQ KEÇİR
Elektron mediaya gəldikdə isə, onun bəxti əvvəldən gətirmədi. Müstəqil televiziyalar və radiolar hələ yaranmağa macal tapmamış hakimiyət onu özünün buxovlarına saldı.
Olan-qalan televiziya kanallarında bu gün hakimiyyətin, məmurların ünvanına nəinki tənqid eşidə bilməzsən, hətta buna işarəni belə tuta bilməzsən.
Olan-qalan televiziya kanallarında bu gün hakimiyyətin, məmurların ünvanına nəinki tənqid eşidə bilməzsən, hətta buna işarəni belə tuta bilməzsən. Telekanallar əsl müstəqil ekspertlərin və mütəxəssislərin üzünə birdəfəlik bağlanıb. Əvəzində yeni-yeni “müstəqil politoloq”lar, “iqtisadçı”lar peyda olub.
O gün baxıram, belələrindən biri aprel döyüşlərinin nəticələrini “şərh” edirdi. “İki min hektar torpaq azad olundu!” əvəzinə “İki min kvadrat hektar torpaq azad olundu” deyirdi.
Bəzən adam düşünür ki, belələrinin danışdığı kimi danışmaq, onların verdiyi “şərh”lər kimi şərh vermək doğrudanmı çətindir? Doğrudanmı, bu, elə bir böyük ağıl tələb edir?..
Burada adamın yadına başqa bir detal düşür. Bir neçə ildir Azərbaycandan kənarda yaşayan bir ziyalı gileylənirdi ki, Bakıda bir həftə yaşayandan sonra adamın ürəyindən kiməsə yaltaqlanmaq keçir.
Bir neçə ildir Azərbaycandan kənarda yaşayan bir ziyalı gileylənirdi ki, Bakıda bir həftə yaşayandan sonra adamın ürəyindən kiməsə yaltaqlanmaq keçir.
O, həqiqətən də haqlı idi. Ölkə efiri yalanla, riya ilə dolub. Sanki efirimiz özünün əsl “milli amplua”sını tapıb.
Düzdür, digər ölkələrin də telekanallarında daha çox əyləncə, serial və şou yer tutur. Amma oralarda maraqlı xəbərlər, maraqlı ictimai-siyasi verilişlər də olur, hətta tənqid də səslənir.
Məsələn, Türkiyənin telekanalları hər səhər qəzetlərin icmalını verirlər və bunu elə maraqlı edirlər ki, adam soruşmaq istəyir: əcaba, bəs bizim qəzetlər niyə belə erkən yaşlarında “öldülər”?
Deyirlər ki, guya internet qəzetləri sıxışdırdı. Amma internetin daha çox yayıldığı ölkələrdə qəzetlər hələ də yaşayır. Bəs biz nədən bu qədər irəli getdik?
MEDİA HAKİMİYYƏTİ VƏ MƏMURLARI DƏYİŞMƏKDƏNSƏ...
Əvvəldə dedik ki, ilin astanasında televiziya və radio jurnalistləri mükafatlandırıdı. Yayda isə görünür yazılı media əhli bir daha mükafat və diplomlara layiq görüləcək, çünki bu, artıq bir ənənəyə çevrilib və biz bir daha yeni simalar görəcəyik, yeni adlar eşidəcəyik.
Amma təəccüblənməyə də dəyməz. Bu ölkədə jurnalistlərə mükafatlar üç şeyə görə verilir...
Amma təəccüblənməyə də dəyməz. Bu ölkədə jurnalistlərə mükafatlar üç şeyə görə verilir.
Birincisi, hökumət bununla göstərmək istəyir ki, guya, bu ölkədə də jurnalistika özünün çiçəklənmə dövrünü yaşayır. Digər bir səbəb odur ki, hakimiyyət qulluğunda lap qul kimi dayanan jurnalist əhlini makafatlandırmalıdır. Onların bəzisinə mükafat yarındıqlarına və hakimiyyətə xidmət etdiklərinə görə, digərlərinə isə susduqlarına görə verilir...
Söz böyük qüdrətdir. Belə olmasaydı “İncil” də “Əvvəlcə söz olub” deyimi ilə başlamazdı. Belə olmasaydı bəşəriyyətin azadlıq uğrundakı mübarizəsinin önəmli hissəsini azad söz uğrunda mübarizə təşkil etməz və insanlar buna bu qədər önəm verməzdilər...
Ən qəribəsi isə odur ki, titullu, “böyük” jurnalistlərin sayı artdıqca azad sözün ölümü daha sürətli və gerçək olur...
Amma Azərbaycanda əsl azad sözü dilə gətirmək getdikcə çətin və hətta riskli məşğuliyyətə çevrilir. Ən azı daha Azərbaycan efirlərindən siz bunu eşidə bilməzsiniz...
Ən qəribəsi isə odur ki, titullu, “böyük” jurnalistlərin sayı artdıqca azad sözün ölümü daha sürətli və gerçək olur...
Bəli, Azərbaycanın yazılı və elektron mediası ölkə hakimiyyətini, onun məmurlarnı dəyişə bilmədi. Amma hakimiyyət və onun məmurları bunu bacardılar. Onlar medianı elə dəyişdilər ki, hətta ən təcrübəli kosmetoloq-cərrah bunu belə məharətlə edə bilməzdi...
Ən qəribəsi isə odur ki, media əhlinin özünün də böyük hissəsi bundan zərrə qədər belə olsun acılıq və ya diskomfort keçirmirlər, sanki onlar da özlərini “cavanlaşmış” kimi görürlər...
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.