Keçid linkləri

Təcili xəbərlər

Çin hidrogen yanacaqlı təyyarəni sınaqdan keçirib


Çinli mütəxəssislər hidrogen yanacaq elementləriylə çalışan ekoloji baxımdan təmiz təyyarə ilə ilk uçuşu gerçəkləşdiriblər.

Test uçuşu Çinin Şenyanq şəhərində gerçəkləşdirilib. Təyyarə 320 metrə qədər qalxa bilib.

Təyyarə 20Kvt güc yarada bilən hidrogen yanacaq hücrələri ilə təchiz olunub. Bununla yanaşı, uçuş zamanı enerji yığmaq üçün əlavə batareyalar da var.

Təyyarəni hazırlayanlar uçuş zamanı atmosferə heç bir zərərli maddə buraxılmadığını deyirlər. Onun bütün sistemləri hətta mənfi 20 dərəcə temperaturda da çalışır.

Beləliklə, Çin hidrogen elementləri yanacağı ilə çalışan təyyarənin sınaqdan keçirildiyi üçüncü ölkə oldu. Daha əvvəl bu sınaqlar ABŞ və Almaniyada keçirilib.

Ən son yazılan

XS
SM
MD
LG