Keçid linkləri

Yeni MacBook alarkən onu sökən insana çox nadir hallarda rast gələ bilərik. Buna baxmayaraq, son müddət ərzində Apple kompüterlərinin içinə baxmaq qərarına gələn istifadəçilər onun içində naməlum sikkələr aşkar edirlər.

Sirli artefaklardan birini bir neçə gün öncə 2012-ci ilin buraxılışı olan MacBook Pro-nun sahibi tapıb. İstifadəçi tapıntının fotosunu çəkərək Igmur saytında yerləşdirib. Şəkildə noutbukun içində təyinatı məlum olmayan sikkəni aydın görmək olur. Sikkə plastik örtüyün altında optik drayvda yerləşir.

Onu da qeyd etmək lazımdır ki, MacBook sikkələri haqqında məlumat daha əvvəllər də internetdə yerləşdirilmişdi. Hələ 2010-cu ildə bir istifadəçi tapdığı və 1970-ci ilə aid olan sikkənin haradan onu kompüterinə düşdüyünü YouTube internet kanalında öz izləyicilərindən soruşmuşdu. Bənzər materiallar 2013 və 2014-cü illərdə də internetdə yer alıb. Apple şirkəti isə bu hədiyyəsi ilə bağlı heç bir izah vermir, bununla da bu işi istifadəçilərinin fantaziyalarına həvalə edir.

Belə bir iddia var ki, kompüterlərin yığlma prosesində bu sikkələr köməkçi bir komponent rolunu daşıyır. Ola bilər ki, mexanizmin düzgün çəkipaylanması üçün də nəzərdə tutulub.

Əgər siz də öz MacBook-unuzda bu sirli hədiyyəni – sikkəni tapsanız, təəccüblənməyin. Onu olduğu yerdən də çıxarmağa çalışmayın. Onu ora qoymaq axı hansısa bir məqsədi daşıyır...

Sənin fikrin

Şərhləri göstər

Ən son yazılan

XS
SM
MD
LG