Keçid linkləri

Düz 8 ildir ki, mən heç bir televiziyaya baxmiram (istər yerli, istərsə də xarici). Lazım olan bütün məlumatları internetdən əldə edirəm. Gündə, həm yerli, həm də xarici mənbələrdən ən azı beş-altı siyasi, iki-üç elmi, bir-iki bədii, gündəmdə olan mövzuya aid ən azı bir eksert təhlili oxuyuram. Dəyişməyən bir prinsipim də var. Əgər hansısa bir saytda onun reytinq və oxucu sayindan asılı olmayaraq, sifarişli yazı oxuyuramsa, bir daha o saytdan heç bir şey oxumuram. Bu mənim üçün prinsip məsələsidir. Dəqiq məlumat üçün məqalənin müəllifi və mənbəyi çox önəmlidir.

Yeni ildə doğma rayonuma dincəlməyə getdim. Düz beş gün qaldım. Aydındır ki, əksər evlərdə, xüsusən də yaşlı və orta nəsil dil məsələsinə görə yerli televiziyalara baxır.

Yeni ildə doğma rayonuma dincəlməyə getdim. Düz beş gün qaldım. Aydındır ki, əksər evlərdə, xüsusən də yaşlı və orta nəsil dil məsələsinə görə yerli televiziyalara baxır. İnternet olmadığına, qışda hava soyuq olduğuna görə hamı evdə vaxtını televizorun qarşısında keçirir. Bu beş gündə bizim TV-lər haqqında o qədər fikirlərim yarandı ki, bilmirəm hansını yazım. Amma çalışacam darıxdırmadan əsaslarını yazım. Əsas baxılan 5-6 kanal var. Əsas yazmaq istədiyim isə zövq və mövzu məsələləridir...

Bütün kanallardan eyni saatda eyni tipli proqramlar efirə gedir. Aparıcıların əksəriyyəti ləhcəylə danışırlar proqram boyu. Mövzunu qatıb qatışdırırlar. Çağırdıqları qonaqlar arasında, əlbəttə, savadlıları da olur. Amma qonaqlar hansısa ciddi mövzuya toxunan kimi sözlərini tez-tez kəsirlər və mövzunu dəyişdirirlər. Bəsit, çeynənmiş mövzuları müzakirəyə çıxarırlar. Demək olar ki, bu tip proqramların hamısına eyni insanlar gəlir ki, bunları da “ekspert” adlandırırlar. İnsanların taleləri üzərində saatlarla şou yaradır (efiri zəbt edir), müzakirələr edirmiş kimi davranırlar.

Amma qonaqlar hansısa ciddi mövzuya toxunan kimi sözlərini tez-tez kəsirlər və mövzunu dəyişdirirlər. Bəsit, çeynənmiş mövzuları müzakirəyə çıxarırlar.

Ən həlledici anda isə mövzunu dayandırıb, sponsorların adını sadalayıb, təşəkkür edirlər. Budurmu insanlara kömək? Bu cür əsəb şousu ən azı bir saat davam edir. Tibbi maariflənmə adıyla müxtəlif dərman firmaları öz mallarını reklam edir, gələn qonaqlar da bu məhsulları sifarişlə tərifləyir. Gündəlik həyatımızda müzakirəsi vacib olan heç bir mövzu efirə getmir.

Bayram proqramlarında eyni müğənnilər bütün kanallarda eyni mahnıları fonoqram altında oxuyur. Aparıcıların görünüşlərinə, saç düzümlərinə, makiyajlarına diqqət yetirilmir. Bir aparıcı birdən çox proqram aparır əksərən.

Vəziyyət hara gedir. Nə qədər efirdə yemək bişirərlər, nə qədər saç bəzəyərlər, nə qədər konsert verərlər? Eyni aparıcılar xarici layihələri götürüb bərbad hala salırlar (o aparıcıların cəmiyyətdə olan, efirdə görünməyən imiclərindən hələ danışmıram). Sanki, bircə problem bunlardır. Nə üçün kütləni bu qədər bəsitləşdirirlər (düşüncələri məişət səviyyəsinə yendirirlər). Axı belə olmaz. Çox hörmət etdiyim diktorumuz Nərgiz Cəlilovanin bir təlimdən bir ifadəsin yadıma düşdü - “Televiziyadan evlərə mədəniyyət axmalıdr”...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG