Keçid linkləri

Təcili xəbərlər

Mark Zuckerberg ABŞ prezidentliyinə yarayırmı?


Mark Zuckerberg heç vaxt prezident olmaq istədiyini deməyib. Ancaq seçkilərdə iştirak etmək istəyən hər kəs şanslarını artırmaq üçün öz siyahısına bir neçə nailiyyət əlavə etməyə çalışardı. Facebookun yaradıcısı bu məsələdə xeyli irəli gedib.

Əlbəttə, bu o demək deyil ki, Zuckerberg seçki yarışmasına qatılmaq istəyir. Ancaq onun son zamankı fəaliyyəti bəzi şaiyələrə yol açıb. Çərşənbə axşamı özünün illik yeni il mesajında (vədində) Zuckerberg 2017-ci ilin sonuna qədər ölkənin bütün ştatlarını ziyarət edərək onların sakinləri ilə tanış olmağı planlaşdırdığını yazıb. Sizcə bu seçki kampaniyasını xatırlatmır?

Amerika siyasi həyatının ənənələrinə görə, ateist ABŞ prezidenti ola bilməz.

Bundan bir həftə öncə, Milad bayramında yazdığı şərhdə isə Zuckerberg bildirib ki, həyatında dinin faydasını "şübhə altına aldığı" dövr olsa da, o, bu skeptisizmin öhdəsindən gəlib və indi dini məsələlərin vacib olduğuna əmindir. Amerika siyasi həyatının ənənələrinə görə, ateist ABŞ prezidenti ola bilməz. Sizcə bu addımı öz ictimai imicini dəyişmək cəhdi hesab etmək olarmı?

Ancaq, zarafatı bir kənara qoysaq, gələn seçkilərdə Zuckerbergin yaşı 35-dən yuxarı olsa da, o, prezident seçkilərində iştirak etməyəcək. Ancaq, bu baş versə belə, Zuckerberg Ağ evə köçdükdən sonra da Facebook üzərində nəzarəti əlində saxlaya bilər.

Zuckerbergin ABŞ prezidentliyinə namizəd göstərilməsi mümkün görünür. Çox böyük və güclü texnologiya şirkətinin rəhbəri kimi Zuckerberg ictimaiyyətlə işləyə bilir. Bu isə siyasətçi üçün son dərəcə vacib keyfiyyətdir.

İyun ayında Facebook səhmdarlarının illik qurultayında direktorlar şurası şirkətin səhmlərinin yenidən strukturlaşdırılmasına səs verib. Nəticədə, hətta Facebook daha çox səhm buraxsa belə, nəzarət paketi Zuckerbergin əlində qalacaq. Zuckerberg bu qərarı ona görə dəstəkləyib ki, varidatının böyük hissəsini həyat yoldaşı ilə birlikdə yaratdığı xeyriyyə təşkilatının, ‘Chan Zuckerberg Təşəbbüsü’nün ehtiyaclarına yönəldə bilsin, ancaq eyni zamanda həm də Facebooka nəzarəti əlində saxlasın. İndi Zuckerberg bu imkandan yalnız öləcəyi, işdən çıxarılacağı, yaxud da şirkəti öz istəyi ilə tərk edəcəyi təqdirdə məhrum olacaq.

Zuckerbergin ABŞ prezidentliyinə namizəd göstərilməsi mümkün görünür. Çox böyük və güclü texnologiya şirkətinin rəhbəri kimi Zuckerberg ictimaiyyətlə işləyə bilir. Bu isə siyasətçi üçün son dərəcə vacib keyfiyyətdir. Bundan başqa, o, Facebookun cəmiyyət üçün faydalı olan layihələrini və öz ideyalarını fəal şəkildə həyata keçirir. İmmiqrasiya islahatı üçün lobbi fəaliyyətindən tutmuş Facebookun bütün dünyanın internetə qoşulması layihəsinə qədər.

Facebook öz hakimiyyətindən və pulundan hökumətə təsir vasitəsi kimi istifadə etməkdən də çəkinmir.

Zuckerbergin xeyriyyə sahəsində səyləri dünyada bir çox uşağın əziyyət çəkdiyi xəstəliklərin müalicəsinə, zəiflədilməsinə, yaxud da qarşısının alınmasına yönəlib. Facebookun baş direktoru rəhbərliyin hər bir qərarının arxasında durur. Hətta şirkət səs-küylü uğursuzluqların öhdəsindən gəlməyə çalışanda da bu dəyişmir. Saxta xəbərlər, habelə mühafizəkar siyasi qüvvələrə dəstəklə bağlı ittihamlar məsələsində də belə oldu. Facebook öz hakimiyyətindən və pulundan hökumətə təsir vasitəsi kimi istifadə etməkdən də çəkinmir.

Bəli, Mark Zuckerberg seçkilərdə iştirak etməyəcək. Ancaq o bunu etsə, elə vəziyyət yaranacaq ki, azad dünyanın lideri həm də yetkin amerikalıların 44%-nin ən yeni xəbərləri öyrəndikləri platformaya nəzarət edəcək. Yəni, bu platforma faktiki olaraq seçicilərin baxışlarına ciddi təsir etmək imkanı verir. Əgər o qalib gəlsə, bu, onsuz da mövcud olan maraqlar toqquşmasını gücləndirər. Mediamaqnatlar artıq administrasiyada yüksək vəzifələr tutublar. Ancaq, ən böyük sosial şəbəkənin rəhbəri prezident olarsa, bu, siyasət və ictimai fikrin idarə olunması tarixində tayı-bərabəri görünməmiş eksperiment olar.

Ən son yazılan

XS
SM
MD
LG