Keçid linkləri

iPhone 8 və Samsung Galaxy S8 smartfonlarının tamamilə suyadavamlı olacağı bildirilir.

Apple-ın təqdim etdiyi iPhone 7 və iPhone 7 Plus artıq suyadavamlıdır. Apple şirkətinin cihazlarında IP67 suyadavamlılıq standartından istifadə olunur. Bunun sayəsində smartfonu qısa müddət suyun 1 metr dərinliyində saxlamaq olar.

IP68 sudan və tozdan tam müdafiə texnologiyası isə ilk dəfə iPhone 8 və Samsung Galaxy S8 modellərində olacaq. IP68 müdafiə sistemi ilə təchiz olunmuş cihaz 30 dəqiqə ərzində suyun 1,5 metr dərinliyində qala bilir.

Bu il iPhone-un 10 yaşı tamam olur. Hər iki şirkətin öz yeni məhsullarının böyük təqdimatına hazırlaşdığını nəzərə alsaq, cihazı sudan qoruyan innovativ texnologiyanın tətbiqi çox yerinə düşəcək. Hər iki məhsul 2017-ci ilin ən çox gözlənilən texnoloji tədbirlərində təqdim olunacaq.

Apple bazar tendensiyalarına ciddi müqavimət göstərirdi. Rəqiblərinin suyadavamlı smartfonlar buraxdığı vaxtda Apple-ın cihazlarında belə xüsusiyyət yox idi. Ancaq şirkət sudan müdafiə məsələsinə münasibətini dəyişib. Son illərin iPhone-larının korpusa düşən suya davamlılığı pis olmayıb.

Bundan başqa, iPhone-un alüminium əvəzinə polad korpusunun olacağı deyilir. Sonuncu dəfə paslanmayan poladdan Apple iPhone 4-də istifadə olunub. iPhone 5 və sonrakı modellərdə isə alüminium korpusdan istifadə olunub.

Bundan başqa şaiyə gəzir ki, iPhone 8-in qövsvari OLED ekranı olacaq. Söhbət Samsung Galaxy S7 Edge-də gördüyümüz ekrandan gedir. Bu xüsusiyyət onu bundan əvvəlki iPhone modellərindən fərqləndirəcək. Onların hamısı adi LED ekranla təchiz olunub.

Gəzən şaiyələrə görə, yeni iPhone bazara üç variantda çıxacaq. Apple-ın TFT-LCD ekranlı iki modeli 4,7 düym, OLED ekranlı daha böyük modeli isə 5,5 düym diqonalda buraxacağı deyilir.

Bundan başqa, yeni iPhone-da kənardan-kənara (edge-to-edge) displeyi olacaq. Apple onun patentini bu yaxınlarda alıb. iPhone 8-in 10-nanometr ölçüsündə A11 çipi ilə işləyəcəyi bildirilir ki, bu da onun əvvəlki modellərə nisbətən daha sürətli və effektiv işləməsinə imkan verəcək.

Samsung IP68 sistemindən özünün digər smartfon modellərində, o cümlədən A3, A5 və A7-də istifadə etmək qərarına gəlib.

“Samsung özünün ən ucuz J seriyasında belə sudan müdafiə sistemini tətbiq etmək barədə düşünür. Bunlar ən yaxşı satılan Galaxy telefonlarıdır.

Samsungla Apple-dan başqa LG və bəzi Çin istehsalçıları da bu yarışa qoşulur.

Bu ayın əvvəlində LG "Consumer Electronics" sərgisində özünün IP68 sistemi ilə təchiz olunmuş orta səviyyəli "XCalibur" smartfonunu təqdim edib. Ondan əvvəlki model olan G6-nın da fevralda "Mobile World Congress" tədbirində təqdim olunacaq versiyalarının bu sistemlə təchiz olunduğu barədə söz-söhbət gəzir.

Sənin fikrin

Şərhləri göstər

Ən son yazılan

XS
SM
MD
LG