Keçid linkləri

Təcili xəbərlər

Qatlanan smartfonları artıq bu il görə bilərik


Tezliklə istehlakçılar üç mobil nəhəngdən - Samsung, LG və Nokia-dan qatlanabilən smartfonlar görə bilərlər. Yayılan son məlumatlara görə, bu şirkətlər artıq layihə üzərində çalışırlar.

“Tech Times” yazır ki, Nokia-nın qatlanabilən ekrana marağı hələ 2005-ci ilə gedir. Şirkət həmin vaxt patent üçün müraciət edib. 2016-cı ildə isə patent təsdiq edilib.

“The Korea Herald”ın yazdığına görə, Samsung şirkəti də 2017-ci ilin üçüncü rübünə bazara 100 000-dən çox xaricə-qatlanan cihaz çıxarmağı planlaşdırır. Mənbə şirkətin içəriyə qatlanan cihazlar da istehsal edəcəyini bildirir.

Digər bir mənbənin məlumatına görə, LG şirkəti də 2017-ci ilin dördüncü rübünə bazara 100 000 qatlanabilən cihaz çıxaracaq. Mənbə bildirir ki, LG bu texnologiyada Samsung-dan daha irəlidədir, çünki artıq 2-3 ildir ki, layihə üzərində çalışır.

Ən son yazılan

XS
SM
MD
LG