Keçid linkləri

Fləşkart istehsalçısı "Kingston" şirkəti bu gün mövcud olan ən irihəcmli USB yaddaşı iki dəfə böyüdür. Artıq 2 terabayt həcmində fləşkartlar istehsal olunacaq.

"Kingston" şirkəti yeni DataTraveler Ultimate Generation Terabyte-ı (GT) ötən həftə Las Veqasda keçirilən beynəlxlaq CES 2017 sərgisi çərçivəsində təqdim edib. Bu, dünyada ən iri həcmli USB disk olacaq. 2 terabayt həcmində olan disk ən müasir USB 3.1. interfeysini dəstəkləyir.

İndi istifadəçilər bu vaxta qədər görünməmiş həcmlərdə məlumatı bir portativ qurğuda saxlamaq imkanı əldə edə biləcəklər. 2 terabayt 4K formatda 70 saatlıq video, yaxud 256 min 16 meqabaytlıq foto və ya 96 kompüter oyunu deməkdir! Başqa sözlə, bütöv bir MacBook Pronun saxlaya bildiyi məlumatdan çox! DataTraveler Ultimate GT-nin güclü metal korpusu yüksək keyfiyyətli sink xəlitəsindən hazrlanıb. Korpus zərbələrdən qorunur, ona görə də məlumat etibarlı yerdə qorunacaq.

Öz kompakt ölçüləri sayəsində (72mm x 26.94mm x 21mm ) DataTraveler Ultimate GT iri fayllarla işləyən peşəkar istifadəçilərin və nəhəng fayl kolleksiyalarına malik texnogiklərin (texnologiya həvəskarlarının) işinə yarayacaq. Bu yeni qurğu, məsələn, alimlər, fotoqraflar, memarlar və tikinti mühəndisləri üçün əvəzsiz olacaq. Yeni USB-nin sayəsində onlar nəhəng həcmdə məlumatı daim əllərinin altında saxlaya, sadəcə öz fayllarını bəkap etmək məqsədilə ondan istifadə edə biləcəklər.

2 terabayt həcmə malik DataTraveler Ultimate GT USB-ləri artıq bui ilin fevralında buraxılacaq. "Kingston" bütün belə qurğularına 5 illik qarantiya və texniki dəstək təklif edir. Ancaq şirkət hələlik bilərəkdən qiymət barədə bir söz demir. Ehtimal olunur ki, bu fləşkart çox bahalı olacaq. Misal olaraq deyə bilərik ki, 1 terabaytlıq DataTraveler HyperX Predator bu gün Amazon və Newegg kimi onlayn dükanlarda 1000 dollardan baha satılır.

Məlumat -40°C-də qurğuda saxlana və -25°C-də işə salına bilər. Adi drayverlərdə bu göstərici, müvafiq olaraq -20°C və 0°C-dir.

Yeni USB kartları Microsoft Windows OS (Windows 7 SP1-dən başlayaraq), Apple MacOS (10.9.x-dən başlayaraq), Linux (2.6.x-dən başlayaraq) və Google’s Chrome OS-lə işlətmək mümkün olacaq.

Sənin fikrin

Şərhləri göstər

Ən son yazılan

XS
SM
MD
LG