Keçid linkləri

Təcili xəbərlər

Kofe həvəskarları daha uzunömürlü olur


Coffee
Coffee

Artıq məlumdur ki, tərkibində kofein olan içkiləri qəbul edən insanlar ürək-damar xəstəliklərinə daha az məruz qalırlar.

Yeni tədqiqat nəticəsində kofe həvəskarlarının nə üçün daha çox yaşadığı üzə çıxıb.

Məlumdur ki, infeksiyanın təzahürü olan iltihab eyni zamanda həm də xərçəng, Alzheimer və dementiya kimi xəstəliklərin törədicisidir. Kafeinin immun hüceyrələrinə təsirini araşdırmağa yönəlmiş tədqiqat müəyyən edib ki, kofein insan yaşlanan zaman kəskinləşən iltihab proseslərinin qarşısını almağa qadirdir.

Bundan əvvəl də kofein və qəhvənin insan sağlamlığına təsirini araşdıran çoxlu tədqiqat aparılıb. Ancaq bu araşdırma kofeinin insanın immun sisteminə necə təsir göstərdiyini öyrənən azsaylı işlərdən biridir.

Alimlər artıq bilirdilər ki, kofein "adenozin" adlı molekulun təsirinin qarşısını almağa qadirdir. Onlar hesab edirlər ki, kofeinin bizi oyatmasının səbəbi onun beyində adenozin reseptorlarını bloklamasıdır. Ancaq adenozinin bloklanması həm də bədəndə iltihab molekullarının bloklanmasına yol açır. «Nature Medicine» jurnalında dərc edilmiş məqalədə belə deyilir.

20 nəfərlik tədqiqat qrupu nuklein turşularının "metabolit" kimi tanınan yan məhsullarını aşkar edib. Onların qəbulu zamanı ahıl yaşda iltihab prosesindən ölmək ehtimalı azalır. Ancaq kofeinin verdiyi effektlə müqayisə etdikdə onların təsiri o qədər də güclü deyil.

Alimlər 20-30 yaşlarında olan gənclərə və yaşı 60-ı keçmiş insanlara aid məlumatları tədqiq edərək bu nəticəyə gəliblər. Ümumi sayları 114 olan bu insanların qocalma və iltihaba cavabdeh olan gen klasterləri öyrənilib. Alimlər müəyyən ediblər ki, yaşı 60-la 89 arasında olan insanlarda inflammasom kompleksinə aid immun molekulların əmələ gəlməsi sürətlənir. Tədqiqatın yaşlı iştirakçılarından 12-sində bu iltiham molekulları daha çox, 11-ində isə daha az əmələ gəlirmiş. İltihaba daha az məruz qalan şəxslər həm də daha sağlam olublar. Onların qan təzyiqi normal, arteriyaları isə əsnək olub. Bundan başqa, bu insanların daha çox sayda ailə üzvünün 90 ildən çox yaşadığı müəyyən olunub. Onların qanında DNT və RNT-nin parçalanması nəticəsində yaranan törəmələrin, o cümlədən adenin və adenozinin az olduğu da nəzərə çarpıb.

Stanford Universitetinin İmmunitet, transplantologiya və infeksiya institutunun rəhbəri, tədqiqatın müəllifi Mark Davis iddia edir ki, iltihabın azalması ilə kofein arasında əlaqə mövcuddur. Kofeinin ahıl yaşda 2-ci tip diabet, ürək-damar xəstəliklərinin qarşısını aldığı məlumdur.

Alimlər tədqiqatı davam etdirmək niyyətindədirlər.

XS
SM
MD
LG