Keçid linkləri

Təcili xəbərlər

Ceyms Bond siqaret çəkməyə alışdırır


Ceyms Bond hər filmində brend spirtli içkiləri içsə də aparılan tədqiqatlara görə, heç kim buna görə əyyaşa dönməyib. Buna baxmayaraq, çoxsaylı tamaşaçılar daha çox siqaret çəkməyə meyllənirlər.

Məşhur casus filminin hər bir seriyasında o, barda müxtəlif növ spirtli içkilər sifariş edir. Yeni Zelandiyada yerləşən Otaqo universitetinin alimləri ehtimal ediblər ki, Ceyms Bondun pərəstişkarları daha çox özlərini ona bənzətmək üçün spirtli içkilərdən sui-istifadə edəcəklərş Lakin təhlükə başqa tərəfdən gəlibşş. “Filmlərdə siqaret çəkilən səhnələr gənclər tərəfindən həssas qəbul edilir və onlar siqaret çəkməyə meyllənirlər”, deyə universitetin ictimai səhiyyə elmləri doktoru Nik Vilson (Nick Wilson) bildirib.

Mavi ekranlara çıxan 007 casus haqqındakı filmin 24 seriyasından yalnız birində siqaret nümayiş etdirilməyib. Araşdırmalara görə, bu cür səhnələr ən çox 1960-cı illərdə olub.

Ceyms Bond 2002-ci ildən etibarən siqareti tərgitsə də, hazırda passiv siqaret çəkən hesab edilir. Çünki filmlərdə onun bütün cazibədar xanımları həmişə siqaret çəkir. Lakin aparılan tədqiqatlar onu göstərir ki, tamaşaçılar, əsasən də zərif cinsin nümayəndələri daha fəal şəkildə siqaretə meyl edirlər. Bondiananın göstərdiyi ən pis nümunə spirtli içkilər deyil, məhz siqaret ola bilər.

Siqaret hər il dünyada 6 milyon insanın ölümünə səbəb olur. Bundan əlavə, bu vərdiş 17 növ bədxassəli şişin yaranma riskini də artırır. Dünya Səhiyyə Təşkilatına görə, yalnız bu əsri götürsək, tütün bir milyarddan çox insanın məhvinə səbəb olacaq.

XS
SM
MD
LG