Keçid linkləri

Malloy Aeronautics şirkətinin yaratdığı hoverbaykın uğurla fəaliyyət göstərən prototipi havaya qaldırılaraq, ABŞ-ın Müdafiə Departamentinin əməkdaşlarına təqdim edilib. Şirkət əvvəlcə bu layihəni Kickstarterə çıxarıb. Ancaq 2015-ci ildə Müdafiə Departamenti ilə müqavilə imzalayıb. Sonradan o, Survice Engineering şirkəti ilə birlikdə müdafiə qurumu üçün hoverbaykın yaradılması işini davam etdirib.

Hoverbaykın rəsmi adı JTARV-dır (açılışı Joint Tactical Aerial Resupply Vehicle –birgə taktiki təchizat hava nəqliyyat vasitəsi). Qurğu qısa məsafələrə qısa zaman müddətində sursatın pilotsuz çatdırılması üçün nəzərdə tutulub. Hoverbayk kifayət qədər iri, düzbucaq formalı kvadrikopterdir. Hazırda aparatda elektrik mühərriklərindən istifadə olunur. Ancaq mühəndislər gələcəkdə hibrid güc qurğusuna keçmək niyyətindədirlər. Bu, uçuş məsafəsini 201 kilometrə qədər artırmağa kömək edəcək. Hazırkı prototipin yük qaldırma qabiliyyəti 136 kiloqrama yaxındır. Gələcəkdə bu göstəricini 363 kiloqrama qədər artırmaq nəzərdə tutulur. Bundan başqa, hoverbayk təkmilləşdirilmiş naviqasiya sistemi və missiya planlaşdırma sistemi ilə təchiz olunacaq.

Aparatın yaradıcıları "daha dinamik və sınaq missiyalarında da istifadə edilə biləcək sabit moldul platforması" yaratmaq niyyətindədirlər. Silahlarla təchiz edilmiş belə platformadan müstəqil döyüş vahidi kimi istifadə olunması da istisna edilmir.

Mütəxəssislər gələcək JTARV-nin yerin səthinə yaxın, saatda 96 kilometr sürətlə uçaraq 30 dəqiqə ərzində sursatı çatırmasını istəyirlər.

ABŞ Ordusunun Tədiqat Laboratoriyas hələ 2014-cü ilin yayından bəri JTARV konsepti üzərində çalışır.

Sənin fikrin

Şərhləri göstər

Ən son yazılan

XS
SM
MD
LG