Keçid linkləri

Faydalı sanıb smartfonunuza yüklədiyiniz bəzi proqramlar, əslində elə bir işə yaramır. Bu cür proqramlar ağıllı telefonlarda lazımsız yer tutmaqla yanaşı, cihazın sürətinə, batareyanın ömrünə mənfi təsir göstərirlər.

Artıq, smartfonunuzu təmizləmək vaxtıdır. Telefonunuzdan dərhal silməniz gərəkən beş proqramı təqdim edirik.

1. Guya RAM-ı qoruyan mobil proqramlar

Arxa planda çalışan proqramlar RAM-ı tükədir, gözləmə modunda belə “zaryadkanı öldürür”. Yaddaşı artırdığını iddia edən bəzi mobil proqramların məqsədi bu cür arxa plan proqramlarını sistematik bağlamaqdır. Ancaq, bu vəziyyət problemi daha da artırır.

Arxa planda çalışan proqramları bağladıqdan sonra yenidən açmalı oluruq. Yaddaş və enerji proqramları yenidən başlatmaq üçün istifadə edilir. Davamlı bağlanış və yenidən başlatma telefonu qeyri-sabit hala gətirə bilər. Android özü RAM istifadəsini avtomatik idarə edir. Buna görə də, üçüncü sinif bir proqrama gərək yoxdur.

2. Clean master və ya təmizləyici digər proqramlar

Bu cür proqramlar smartfonunuzu təmizləyərək, onun işini yaxşılaşdırmağı vəd edir. Ancaq, keşi təmizləmək üçün xüsusi bir proqram yükləməyə ehtiyac yoxdur. Ayarlardan yaddaş bölməsini seçib önyaddaşı təmizləmək olar. Təmizləyici proqramlar isə çox enerji aparır, onların içərisindəki reklamlar isə internet paketinizi tez bitirir.

3. Antivirus adlandırılan gərəksiz proqramlar

Android əməliyyat sistemi və Google Play antivirus proqramlarının gördüyü işləri özləri yerinə yetirir. Android cihaz meneceri məlumatların oğurlanmasının qarşısını almaq üçün çalışır, hər hansı proqramın zərərli olub-olmadığını da Google Play Store-la avtomatik olaraq yoxlayır. Ona görə də, naməlum mənbələrdən yüklənən antiviruslar ancaq smartfonun resurslarını tükədir.

4. Batareya qoruyucular

RAM gücləndiricilər kimi enerjiyə qənaət üçün proqramlar da əsasən zibil yükü kimi bir şeydir. Enerjini çox saxlamaq üçün əməliyyat sistemindən, çalışan bütün xidmət və proqramlardan enerji tələbini azaltmaq lazımdır. Əlavə proqramlar isə ən yaxşı halda, çox enerji tükənən zaman sadəcə xəbərdarlıq edə bilər.

5. Öncədən yüklənmiş proqramlar

Bəzi smartfonlarda öncədən yüklənmiş bir çox lazımsız proqramlar olur. Otel rezervasiyası, oyunlar və s. Tipli bu cür proqramlar ideal halda sadəcə boşuna yer alır, ən pis halda isə batareya ömrünü azaldır, ekran sahəsini tutur, onları adi yolla silmək də olmur.

Sənin fikrin

Şərhləri göstər

Ən son yazılan

XS
SM
MD
LG