Keçid linkləri

Təcili xəbərlər

London, Venesiya və Qahirə suyun altında qalacaq


İrlandiya və ABŞ alimləri yeni bir araşdırma aparıblar. Araşdırmanın nəticələri onu göstərib ki, Dünya okeanının səviyyəsi “katastrofik şəkildə” artır. Alimlər Dünya okeanı səthinin hərarətini yoxlayıb belə bir qənaətə gəliblər ki, okean, ‘eem geoloji dövrü’nə yaxınlaşır (sonuncu ən böyük buz dövrü). Okeanın səviyyəsi bu dəfə 6-9 metr arta bilər. Nəticə etibarilə Yer üzündən London, Venesiya, Aleksandriya və Qahirə, həmçinin Hollandiya və Daniyanın bəzi şəhərləri silinə bilər.

Araşdırmanın nəticələrinə görə, 21-ci əsrin ortalarında qlobal istiləşmə nəticəsində Yer kürəsi belə bir durumda olacaq. İllər sonra isə su yenidən geri çəkiləcək. Dəniz səthinin orta hərarəti 125 min il öncə eyni göstəricidə olub, 1990-cı illərin ikinci yarısındakı eyni göstərici olub. Daha sonra okean səthinin hərarəti ildə yarım dərəcə artaraq hazırki göstəriciyə yaxınlaşıb.

Okeanın qalxması gələcək təbii kataklizmlərin əsas səbəbi hesab edilir. Alimlərin bəziləri vurğulayırlar ki, Arktik buzlaqlarının əriməsini artıq 2030-2050-ci illərdə müşahidə edəcəyik. İstixana effekti sayəsində bu hal daha da tez baş verə bilər.

Ən son yazılan

XS
SM
MD
LG