Keçid linkləri

Təcili xəbərlər

Qadınların qeybət etməsi sağlamlğa xeyirmiş


gossip
gossip

Psixiatrlar qadınlara daha çox qeybət eləməyi məsləhət görürlər. Onlar 22 qadının beynini araşdırandan sonra bu nəticəyə gəliblər.

Onlar iddia edirlər ki, qadınların qeybətə meylli olması bu prosesin qanda oksitosini, başqa sözlə "ailə səadəti hormonunu" artırması ilə bağlıdır.

Tədqiqatda İtaliyanın Pavia universitetinin bir-bri ilə yaxşı tanış olan tələbə qızları iştirak ediblər.

Alimlər onları təsadüfi qruplara bölərək, "heç bir mənası olmayan" nəzarət təcrübəsində iştirak etməyi təklif ediblər. Onları təcrübənin başlanmasından öncə bir-iki dəqiqə gözləməyə məcbur ediblər.

Qruplar tələbə qızlar və təcrübədə iştirak etməyən qızlardan birinin hamiləliyi, yaxud da altığı "travmaya" görə idmanla məşğul ola bilmədiyindən danışan aktrisadan ibarət idi.

Təcrübə prosesində məlum olub ki, qadınlar başqalarının problemlərini və sevincini müzakirə edərkən həm qanda ositosinin miqdarını artırırlar, həm də stress hormonu olan kortizolu azaldırlar.

Adi söhbətlər edən zaman, məsələn, havadan danışanda bu baş vermir. Belə çıxır ki, qeybət və belə söhbətlərin həvəskarları məhz oksitosinin təsirinə görə ortaya çıxır.

Qeyd edilir ki, təcrübə iştirakçılarının qeybətə münasibəti, habelə həsəd, rəğbət və ikrah kimi hisslər təsir göstərmir.

XS
SM
MD
LG