Keçid linkləri

Təcili xəbərlər

Məhsullar soyuducuda nə qədər qala bilər?


Hamımızda müəyyən bir məhsulu soyuducuda lazım olduğu vaxtdan daha çox saxladığımız zamanlar olub. Amma necə bilmək olar, hansı məhsulu nə qədər saxlamaq lazımdır?

Mağazadan aldığımız bəzi qablaşdırılmış məhsullar işimizi asanlaşdırır, onların üzərində məhsulun saxlama müddəti qeyd edilir. Lakin elə məhsullar da var ki, onlar qablaşdırılmır.

Alimlər hansı məhsulların soyuducuda neçə müddət ərzində təhlükəsiz qaldığı ilə bağlı öz rəylərini bildiriblər. Məsələn, xüsusi qablaşdırmada saxlanılmayan balığı yalnız bir gün ərzində saxlamaq olar. Çiy ət və ya quş ətini – maksimum 2-3 gün saxlamaq olar.

Sosikanın soyuducudakı həyatı 3 gün çəkir. Kiçik dənəli yumşaq meyvələr 1-2 gün, böyük dənəliləri isə 3 gündən 7 günədək saxlamaq olar. Salatı artıq 3 gündən sonra atmaq lazımdır, yaşıl tərəvəzlər isə 3-4 gün ərzində saxlanıla bilər. Süd 4-5 gün ərzində, yumşaq pendiri açdıqdan sonra 3-4 gün saxlamaq mümkündür. Möhkəm pendir və yumurta soyuducuda rahat bir həftə ərzində saxlanıla bilər.

Mütəxəssislər onu da qeyd edirlər ki, vakuum qablaşdırma həmişə məhsulların təhlükəsizliyi mənasını ifadə etmir. Vakuum qablaşdırmada ölümcül təhlükəli bakteriyaların ola biləcəyini Danimarka Texniki Universitetinin əməkdaşları da bildirir.

Danimarka mütəxəssislərinə görə, qida zəhərlənmələrinin dörddə birinə vakuum qablaşdırmada yaşayan bakteriyalar səbəb olur. Bu bakteriyalar yüksək ölüm riski daşıyan qrupa daxildir. İş orasındadır ki, oksigenin çatışmadığı bir şəraitdə olan patogenlər – Listeria monocytogens – daha aqressiv şəklə düşə bilirlər. İnsan orqanizminə düşdükləri zaman isə daha fəal şəkildə hərəkətə keçirlər. Alimlərin sözlərinə görə, bu baxımdan süd, dondurma, pendir, ət, yarımfabrikatlar, balıq və tərəvəzlər təhlükəlidirlər. Alimlər vakuum qablaşdırmadan istifadə etməməyi tövsiyyə etmirlər.

XS
SM
MD
LG