Keçid linkləri

IT texnologiyalar mütəxəssisləri bildirirlər ki, yeni, Apple-ın "səkkizinci" iPhone-u sahibinin jestlərini müəyyən edə və üzünü tanıya bilən infraqırmızı və lazer ötürücülərlə təchiz olunacaq.

Bu barədə təsdiqlənməmiş məlumatı "Daily Mail" qəzeti dərc edib. Qəzetin redaktorları "almalı" telefonların istehsalında iştirak edən "Cowen and Company" şirkətinin təhlilçisi Timoti Arkuriyə (Timpothy Arcuri) istinad edirlər.

iPhone 8 üzlərdən başqa jestləri də təyin edə biləcək. Beləliklə, jestlərin köməyilə bəzi funksiyaları idarə etmək mümkün olacaq. Bundan başqa, etibarlı mənbələrin verdiyi son məlumata görə yeni iPhone-un 5,8 düymlük OLED ekran və əl izi skaneri ilə təchiz oluna bilər. Bütün bu yenilikləri Apple-ın 2013-cü ildə satın aldığı infraqırmızı sensor istehsalçısı "Primesense" texnostudiyası işləyib hazırlayır.

Yeni cihazın hazırlanmasından xəbəri olanlar hesab edirlər ki, iPhone 8-in virtual reallıq imkanları da olacaq. Ancaq bunun üçün yeni növ sensor yaratmaq tələb olunur.

Sənin fikrin

Şərhləri göstər

Ən son yazılan

XS
SM
MD
LG