Keçid linkləri

Müxtəlif ədəbiyyat portallarında keçirilən sorğulara əsasən, ekspertlər oxumaq üçün məsləhətli beş kitabın siyahısını hazırlayıblar.

Siyahının əvvəlində görkəmli alman yazıçısı Erix Mariya Remarkın (Erich Maria Remarque) “Qərb cəbhəsində yenilik yoxdur” romanı qərarlaşıb. Sorğuya qatılanların böyük əksəriyyəti bu kitabı tövsiyə edib.

İkinci sırada ingilis elm-fantastika yazarı Duqlas Adamsın (Douglas Adams) “Avtostopçunun qalaktika rəhbəri” adlı yumoristik romanı yer alıb.

Üçüncü yeri obyektivizm fəlsəfəsi ilə tanınan amerikan yazıçısı Ayn Rendin (Ayn Rand) “Atlas silkələndi” (Atlas Shrugged) kitabı tutub.

Siyahının dördüncü yerində alman dilli yazıçı Frans Kafkanın “Çevrilmə” əsəri dayanıb.

Beşinci kitab isə Oskar Uayldın (Oscar Wilde) yeganə romanı “Dorian Qreyin portreti”dir.

Sənin fikrin

Şərhləri göstər

Ən son yazılan

XS
SM
MD
LG