Keçid linkləri

Son zamanlar qəsdən müşahidələrim onu göstərir ki, indiki gənclik düşündükləriylə etdikləri arasinda tərs mutənasibliyi görməzdən gələn egonun əsiridirlər. Bu yazıma görə agız büzəcək gənc o mübarək barmaqlarına əziyyət verib mənim dostluq xəzinəmi tərk edə bilər ki, əgər edərsə, bu xəzinədən hec də əntiq biri olaraq tərk edildyini düşünməsin.

...indiki gənclik özünə güvənlə eqonu, səssizliklə susqunluğu, ağıl ilə çoxbilmişliyi, əyləncə ilə vaxt öldürməyi, oxumaqla dərk etməyi, azadlıqla sərbəstliyi, rahatlıqla tərbiyəni, gözəlliklə "cool" olmağı, sevgi ilə aşiq olmağı, hörmət ilə asılılıgı qarışdırır.

Nə isə, sözüm onda deyil. İçi gələcəyin gəncliyinə namizəd övladım qarışıq, indiki gənclik özünə güvənlə eqonu, səssizliklə susqunluğu, ağıl ilə çoxbilmişliyi, əyləncə ilə vaxt öldürməyi, oxumaqla dərk etməyi, azadlıqla sərbəstliyi, rahatlıqla tərbiyəni, gözəlliklə "cool" olmağı, sevgi ilə aşiq olmağı, hörmət ilə asılılıgı qarışdırır.

İndiki gənclik şikar olmaq qorxusundan titrəyən ovçu kimidir. Əlindəki silahı öz yaşadıqlarına söykənən təcrübə deyil, başqalarının yaşadıqlarından qaynaqlanan, oxuduqları 5-10 kitab və ya sanal aləmdə texnologiyanın imkan verdiyi materiallardan əxz etdikləri bəzi cəfəngiyyatlardır.

Bütün bunların fonunda "ağıl yaşda deyil, başdadır" loqosunun qarşı tərəfə yerli-yersiz xatırlatma çabasını da əlavə etməsəm olmaz. O isə ki, "Eynşteynin nisbilik nəzəriyyəsi" deyilən müqayisə prinsipi var. Sənə görə əmin olduğun, bir başqasına görə absurd ola bilər və sən buna hörmət etmək məcburiyyətindəsən.

Təklif var, israr yox. Əgər haqlı olduğun mövqe zamanın diqtəsində təkrarlanarsa, deməli yanılmamısan. Qarşı tərəfin etirafı sənin qələbəndir. Orta nəsil zamanında sizin qədər informasiya və qida rasionunun indiki qədər rəngarəng seçim bolluğunda və ölkələr arası sərhədlərin bir barmaq toxunuşu qədər yaxın ola bilmə rahatlığında olmaya bilər.

...əziz gənc nəsil, yaşlı nəslin, yəni valideynlərimizin "sovet dövrünun məhsulları" damğasıyla mühakiməsini edə biləcəyiniz qüdrətə gəlmənin məsuliyyətini dərk etmək, güzgü qabagında "çolka" düzəltmək qədər asan deyil.

Lakin, bəzi məqamların həyat tərzlərində deformasiya olunmasından narahat idilər: məsumluq və səmimiyyət. Odur ki, əziz gənc nəsil, yaşlı nəslin, yəni valideynlərimizin "sovet dövrünun məhsulları" damğasıyla mühakiməsini edə biləcəyiniz qüdrətə gəlmənin məsuliyyətini dərk etmək, güzgü qabagında "çolka" düzəltmək qədər asan deyil.

İstər elm, istər ədəbiyyat, istər mədəniyyət və incəsənətin bəxş etdikləri məhz sizdən əvvəlki nəslin yaratdıgı və onlardan öncə yaradılan dəyərlər bazasının uzərində bərqərardır. Dediklərim əksəriyyətinzə şamil olunsa da, bir qisim gənc nəslin nümayəndələrinə qəti aid deyil. Onlardan nəinki indiki gəncliyin, hətta orta və yaşlı nəslin cox öyrənib və ibrət götürəsi tərəfləri vardır.

Lakin bu onların heç də yüksək eqolarının verdiyi eyforiya dumaninda azmasina haqq verə bilməz. Loru dildə desək, "ağac və bar" məsələsi. Bilirəm ki, əziz gənclik, sizə heç də xoş olmayan tövsiyələrdə bulundum. Fərqindəyəm. Lakin, sizi əmin edirəm, indiki durumunuzla sizdən bir nəsil oncəki gəncliyin durumunu muqayisə etdikdə, yeganə narazıçılığınıza haradasa haqq verəcək tərəfiniz, o da sosial-həyat şərtləri bərabərsizliyinə səbəbkar maddiyyatdır... Düşünün bir az...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Sənin fikrin

Şərhləri göstər

XS
SM
MD
LG