Keçid linkləri

Təxminən on il əvvəl bir müddət yaşadığım kənd barədə yazı yazmışdım. Elə ciddi bir şey yox idi, sovet dövründən sonra kənddə həyatın öldüyündən, insanların qazanc dalınca Rusiyaya getməyindən, kənddə yaşayan adamların Rusiyadan göndərilən pula ümid olub, əkin-biçininin, maldarlığın başını buraxmağından, maraqsız günlərdən, sosial həyatın olmamağından...

...bu kəndin sakinlərindən biri, qatara minib, Rusiyaya getməyə hazırlaşdığı yerdə, kioskdan bu qəzeti alır, oturu kupeyə, qəzeti açır, yazını oxuyur, qatardan düşür, düz gəlir kəndə.

Yazı çıxır. Bir neçə gün sonra bu kəndin sakinlərindən biri, qatara minib, Rusiyaya getməyə hazırlaşdığı yerdə, kioskdan bu qəzeti alır, oturu kupeyə, qəzeti açır, yazını oxuyur, qatardan düşür, düz gəlir kəndə. Latın hərfləri ilə olan yazını kimə mümkündür oxudur. Sonra görür kənddə çox adam hələ ancaq kiril əlifbası ilə oxuya bilir, ərinmir, yazını təzədən özü kiril əlifbası ilə yazır, 100-150 dənə surətini çıxardır, paylayır bütün kəndə.

Kənddə əsl mitinqlər, aksiyalar başlayır. 20-30 nəfər cavanlar yığışıb, o kənddə yaşayan qohumlarımızın üstünə gedirlər ki, o qız ya təcili bura gəlməlidir, ya da gecəynən evinizə od vurub yandıracağıq. O bizim kəndi təhqir edib. Kənd camaatın təhqir edib. Bizim hisslərimiznən oynayıb. Bizi biyabır edib.

Qohumlar gözüyaşlı, ağzısöyüşlü mənə zəng elədilər ki, bizi bu zibilə necə salmısan, eləcə də çıxart. Soruşdum ki, axı mən nə edə bilərəm. Tələb elədilər ki, təkzib yazım. Kənd camaatından üzr istəyim mətbuat vasitəsiynən. Sonra da kəndə gəlib insanlardan üzbəüz üzr istəyim. Gördüm ki, bunlar artıq adekvat söhbət eləmirlər, telefonu qapadım.

Guya bu, bunların oxumuşu, Əlyazmalar İnstitutunda işləyəni idi. Başladı soruşmağa ki, yazını mənə kim sifariş verib. Onların düşmənləri kimdir ki, belə bir şey baş verib. Bu

Sonra mənə tanımadığm nömrələrdən zənglər, hədələr, mesajlar gəlməyə başladı. Hamısı da o kəndin adamları. Söyüşün, tələbin, hədənin biri bir qəpik. Sonra bir ağıllısı, savadlısı çıxdı, mənimlə görüş təyin elədi. Guya bu, bunların oxumuşu, Əlyazmalar İnstitutunda işləyəni idi. Başladı soruşmağa ki, yazını mənə kim sifariş verib. Onların düşmənləri kimdir ki, belə bir şey baş verib. Bu savadlı adama nə qədər çalışdım, başa sala bimədim ki, o yazıda təhqir yoxdu, aşağılama yoxdu, nə düşmən, nə sifariş.

Bir həftədən sonra biri zəng elədi ki, kənd camaatı sənin bura gəlməyini, kənddə görüş keçirməyini, hamıdan üzr istəməyini və təbii ki, qəzetdə də təkzib verməyini tələb edirlər. Belə etsən, səni bağışlayacağıq, qohumlarınla da işimiz olmayacaq. Nəsə, gördüm söhbət acı bağırsağa döndü, telefonu bir müddət söndürdüm.

Başım-beynim bir az sakitləşəndə, oturdum düşündüm ki, bu adamları axı bu qədər hiddətləndirən nədir. Axı orda heç kim təhqir olunmayıb, kənddən kiminsə Rusiyaya getməyi, ya bostan əkməmək söhbətləri yəni bu qədər təhqiramizdir. Birdən elə bil ağlım başıma gəldi. Qəfil başa düşdüm ki, mən düz bir aydır bunların təkərinə düşmüşəm. Heç bir sosial həyatları olmayan, diqqətdən uzaq, hadisələrdən uzaq, hər hansı hərəkətdən uzaq bu adamlar birdən özlərini qəzetdə görüblər. Diqqət hiss ediblər. Kimsə bunlara diqqət yetirib. Və indi bu adamlar əllərindən gələni edirlər ki, bu diqqətin ömrü bir az uzansın. Əslində bu davalarla, hədələrlə, tələblərlə-filanla bunlar düz bir aydır özlərinin ulduzlu saatlarını yaşayırlar. Mən də avam-avam bu adamlara cavab verirəm, nəsə sübut eləməyə çalışıram, izah edirəm, özümü təmizə çıxarıram. Guya onlar bilmir ki, yazıda təhqir zad yoxdu? Çox gözəl bilirlər. Sadəcə ömür boyu əllərinə bir fürsət keçib ki, özlərinə olan diqqətin ömrünü bir az uzatsınlar.

O kənddə yaşayan qohumlarımın dediyinə görə, həmin qəzetdən kopyalanmış yazı isə hamının evində indiyə kimi qalır və hamı o qəzeti fəxrlə evə gələn qonaq-qaraya gösərirlər ki, bəs bizim kənddən yazıblar.

Ondan sonra bir daha o adamların zənglərini açmadım, mesajlarına cavab vermədim. Bir müddətdən sonra da məsələ unuduldu. O kənddə yaşayan qohumlarımın dediyinə görə, həmin qəzetdən kopyalanmış yazı isə hamının evində indiyə kimi qalır və hamı o qəzeti fəxrlə evə gələn qonaq-qaraya gösərirlər ki, bəs bizim kənddən yazıblar.

İndi hardasa, hansı filmdə, əsərdə bir az güməli, ya bir az mənfi azərbaycanlı obrazı görünəndə, insanlarımızın bunu qlobal problemə çevirməsi, sakitləşməməsi, özlərini guya təhqir olunmuş kimi hiss etməsi görüntüsü, hay-küylərini görəndə, o kəndin sakinləri yadıma düşür. Kiminsə diqqətindən coşub, yalandan özünü əsəbiləşən göstərən, əslində isə bu prosesin ömrünü uzatmağa çalışan insanlar...

Biz axı niyə bu qədər əzik hiss edirik özümüzü. Bu günlərdə bir türk fiminin anonsunda döyülən azərbaycanlı idmançı obrazı varmış. Sadə xalq bir yana, ciddi vəzifəsi, akademik titulu olan azərbaycanlılar da özlərini bir səhnəyə görə olmazın hala saldılar. Axırda rejissor bezib, o səhnəni yerli dibli filmdən çıxardı. Bu nə mədəniyyətsizlikdi. Bu nə sənətdən uzaqlıqdır. Bu nə yalandan hay-küydür. Əslində, istəyirdilər ki, o filmdə azərbaycanlılar haqda gözəl sağlıqlar deyilsin, azərbaycanlı qəhrəman olsun, gedib Türkiyəni xilas eləsin. Bu arzu da olmayınca, cəhənnəm, bir xarici rejissordur da, qoy bizə baş qoşsun, bizimlə polemikaya girsin, cavab versin və biz də rahatlanaq.

Türk filmlərində geniş yayılmış sələmçi, xəsis yəhudi obrazı var. Bu, yəhudləri narahat etmir. Türk filmlərində erməni ya rumın qadın alverçisi obrazlarına da tez tez rast gəlmək olur. Amma ermənilər bu obrazdan narahat deyillər...

Türk filmlərində geniş yayılmış sələmçi, xəsis yəhudi obrazı var. Bu, yəhudləri narahat etmir. Türk filmlərində erməni ya rumın qadın alverçisi obrazlarına da tez tez rast gəlmək olur. Amma ermənilər bu obrazdan narahat deyillər. Rus filmlərində alverçi, savadsız, kobud gürcü obrazıları nə qədərdir - gürcüləri bir qram da narahat etmir. Niyə onlarla millətin dünya kinosundakı, incəsənətindəki obrazları (məsuliyyətsiz, ifrat emosional italyan, əhli-kef fransız, quru alman, pinti meksikalı, hiyləgər erməni, xəsis yəhudi) onları narahat etmir, amma peşmandır kimsə azərbaycanlılarla bir filmdə, bir əsərdə, bir səhnəcikdə zarafat eləsin, o dəqiqə hay-küy qopur. Bu nə görməmişlikdir.

Zarafat, yumor hissimizin yoxluğu, özünütənqid deyilən, ən ağıllı insanların istifadə etdiyi super hiyləgərlik priyomuna yadlığımız, sənət və sənətin ifadə azadlığı kimi bir anlayışa hörmət qoymamağımız, banal, ibtidai, tamada tərifi həsrətimiz bizi dünya üçün, dünya incəsənəti, fikri üçün bir az daha maraqsız və boz edir. Arada-sırada bəxtimiz gətirir, kimsə götürüb ya zəlzələdən ya vəlvələdən azərbaycanlı obrazını filminə, səhnəciyinə, lətifəsinə salır, onda da tumanımızı atırıq başımıza ki, bizi təhqir elədilər. Kimin bizimlə nə işi var axı. Bizi təhqir eləmək kimin nəyinə lazımdır.

Özümüz filmlər çəkirik, komplekslərdən dağılırıq. Elə bilirik kəndlimizin ayağında qaloş görsələr bizi kasıb biləcəklər, elə bilirik filmdə əskər ağlasa, onun timsalında Azərbaycan ordusu ağlayacaq, elə bilirik bir seks-işçisi obrazı olsa, o qız bütün azərbaycan qızlarını təmsil edəcək. Biz niyə bu qədər narahatıq. Niyə başa düşmürük ki, bizdə kasıb oldu olmadı, əxlaqsız oldu-olmadı, dünyanın vecinə deyil, çünki belə şeylər hər yerdə var.

Doğrudan da bədbəxtçilikdir. Bizim dünya kinosunda, sənətində, fikrindəki yerimiz barədə ümidimiz, gözləntimiz belədir. Sanki bir toplum nəhəng bir masa arxasında oturub, gözləyir ki, bu toyda tamada onlar barədə gözəl, yağlı, təntənəli sözlər deyəcək və mikrofonu onlara verəcək...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Sənin fikrin

Şərhləri göstər

XS
SM
MD
LG