Keçid linkləri

Təcili xəbərlər

Tramp nəhayət ki, prezident oldu! Bəs ABŞ nə olacaq?..


GÖYDƏN ÜÇ ALMA DÜŞDÜ...

Proses yekunlaşdı. ABŞ-da son illərin ən qalmaqallı hakimiyyət dəyişikliyi baş tutdu və Donald Tramp ABŞ-ın qanuni prezidenti oldu. Artıq biz də onun sözlərini və bəyanatlarını hələ səlahiyyətlərinə başlamamış, bir az da naşı prezidentin dedikləri kimi yox, ölkənin siyasi kursunun əsas istiqamətləri kimi qəbul edəcəyik.

Bütün ölkələr böyük bir intizar içində idilər. Hamıdan çox narahat olanlar isə ilk növbədə Rusiya siyasətçiləri idi. Bu da təsadüfi deyil.

Bütün ölkələr böyük bir intizar içində idilər. Hamıdan çox narahat olanlar isə ilk növbədə Rusiya siyasətçiləri idi. Bu da təsadüfi deyil. Onlar çoxdan Trampdan üç istiqamətdə güzəşt gözləyirlər. Düşünürlər ki, yeni ABŞ prezidenti ölkələrinə qarşı sanksiyaları aradan qaldıracaq, Bəşər Əsəd rejimini qanuni hakimiyyət kimi tanıyacaq və Krımı da Rusiyanın ərazisi kimi qəbul edəcək...

Həqiqətən də böyük gözləntilərdir. Rusiyanın umacaqlarında dünyanı ABŞ-la bölüşmək istəyi açıq-aşkar sezilməkdədir. Bütün bunlar həyata keçə bilərmi? Rusiyanın arzuları çin ola bilərmi?

Xarici analitiklər hesab edirlər ki, ən azı dörd istiqamətdə siyasət dəyişməz qalacaq. Birincisi, həmişə olduğu kimi ABŞ yenə də beynəlxalq azad ticarəti müdafiə edəcək. İkincisi, ABŞ qoşunları yenə də ölkədən kənarlarda yerləşməkdə davam edəcək və alyanslar sistemi qorunacaq. Üçüncüsü, 1991-ci ildən sonra bərqərar olmuş geosiyasi arxitekturanı heç kim dəyişmək fikrinə düşməyəcək. Nəhayət, dördüncüsü, Rusiya bu dönəmdə də ABŞ-ın əsas rəqibi kimi qalacaq...

Trampın çıxışlarında Rusiyaya çox isti mesajlar sezilir. Düzdür, onun komandası düşünülən qədər də rusofil deyil.

Sadalanan tezislərin ilk üçünü çox asanlıqla qəbul etmək olardı. Hərçənd, ABŞ prezidenti NATO-nu tənqid etməkdə və onu köhnəlmiş struktur adlandırmaqda davam edir. Amma ən mübahisəli məsələ dördüncüdür ki, adam bununla dərhal razılaşa bilmir. Ona görə ki, Donald Trampın çıxışlarında Rusiyaya çox isti mesajlar sezilir. Düzdür, onun komandası düşünülən qədər də rusofil deyil. Məsələn, yeni dövlət katibi Senatda çıxışında dedi ki, ABŞ bir halda Krımı Rusiya ərazisi kimi qəbul edə bilər – o halda ki, Ukrayna özü də bu addımı atmış olar.

Qərəz, vəziyyət düşünülən qədər də sadə deyil. Bir tərəfdən Rusiyanın Trampın özü ilə bağlı böyük ümidləri var, amma digər bir tərfədən onun komandası hətta rəsmi Kremli də narahat etməkdədir...

ABŞ İRANI YENİDƏN TƏCRİD ETMƏK FİKRİNƏ DÜŞSƏ...

Rusiyanın məkrli və hiyləgər siyasəti burada da özünü çılpaq şəkildə göstərir. Bir daha deyirik ki, Rusiya, nə az, nə də çox, dünyanı ABŞ-la bölüşdürmək niyyətindədir.

Bu bölgünün ən böyük bir hissəsi isə keçmiş sovet məkanı ilə bağlıdır. Kreml hesab edir ki, bu mandatı, nəhayət, Vaşinqtondan ala biləcək...

Ona görə də keçmiş sovet ölkələrində də həyəcan və intizar çox böyükdür. Elə Azərbaycanda da ABŞ-ın Dağlıq Qarabağla bağlı yeni siyasətinin aşkar və açıq forma almasını səbrsizliklə gözləyirlər.

Ona görə də keçmiş sovet ölkələrində də həyəcan və intizar çox böyükdür. Elə Azərbaycanda da ABŞ-ın Dağlıq Qarabağla bağlı yeni siyasətinin aşkar və açıq forma almasını səbrsizliklə gözləyirlər. Amma bu xüsusda indiyə qədər deyilənlər daha çox fəhm və təxminlərdir...

Qarabağ probleminin bir neçə nüansı var. Birincisi, bu problem ABŞ üçün bir o qədər də önəmli deyil. Bundan əvvəl sadaladığımız problem və məsələlər bu ölkə üçün daha vacibdir, nəinki Qarabağ problemi.

Bu məsələnin bir tərəfidir. Digər tərəfdən, istər respublikaçılar olsun, istərsə də demokratlar, onların hamısı üçün erməni əsilli seçicilərin səsi çox vacibdir.

Amma başqa bir detal da var. Tramp İrana qarşı sərt siyasət yürütməyə və bu ölkə ilə əldə olunmuş sazişi təftiş etməyə hazırlaşır. O səbəbdən ola bilsin ki, ABŞ-la Azərbaycan arasında münasibətlər bir az dərinləşsin və hətta hərbi müttəfiqlik çalarları almış olsun. Amma gəl ki, Azərbaycan buna gedərmi? Rəsmi Bakı buna razı olarmı?

Azərbaycan Ermənistanı çıxmaq şərtilə, bölgədəki heç bir dövlətə qarşı hərbi-siyasi alyans yaratmır. Təsadüfi deyil ki, Bakı əvvəllər də Tehrana qarşı sanksiyalara qoşulmamışdı.

Düşünmürəm ki, bu suallara “hə” deyən tapılsın. Ona görə ki, Azərbaycan Ermənistanı çıxmaq şərtilə, bölgədəki heç bir dövlətə qarşı hərbi-siyasi alyans yaratmır. Təsadüfi deyil ki, Bakı əvvəllər də Tehrana qarşı sanksiyalara qoşulmamışdı.

Bu siyasəti başa düşmək və hətta təqdir etmək olar. Amma böyük siyasət deyilən bir fenomen də var. O isə dəyişkəndir və bəzi hallarda onun haralara qədər rişə atacağını yalnız təxmin etmək qalır...

Fəqət, bir daha deyirəm ki, çətin rəsmi Bakı ABŞ-ın İran siyasətinə dəstək vermiş olsun. Baxmayaraq ki, Azərbaycan İrana qarşı nəsə etmək üçün ən əlverişli bir məkandır.

Bakıda hamı daha çox Qarabağ konteksində özü üçün nəsə aydınlaşdırmağa çalışır. Amma burada yadıma düşmüşkən bir məsələni də xatırlamaq istərdim.

ABŞ-İran münasibətlərinin çox kəskin dönəmlərində bir konqresmen İran Azərbaycanı problemini qabartmağa cəhd etmişdi. Hətta buna görə Bakıya da gəlmişdi. Bakıda ona nə dedilərsə, həmin konqresmen bir daha bu mövzuya toxunmadı...

Düzdür, Bakının da siyasətində rasional cəhətlər var. Hər bir dövlətin milli təhlükəsizlik çabalarının, qayğılarının əsas məqsədi özünü dost və xoş məramlı ölkələrlə əhatə etməkdir. Üstəlik, böyük siyas oyunların bir təhlükəli tərəfi də var – bu oyunlara qatılmaqla böyüklərin ayaqları altında qalmaq olar. Ona görə də baxıb görürsən ki, ən yaxşı siyasət elə bəzi siyasətlərdən kənar durmaqdır...

ÇÖRƏK, YOXSA NÜVƏ BAŞLIQLARI?..

Bir daha Rusiya məsələsinə qayıtmaq istərdim. Doğrusu, lap mən də istərdim ki, Rusiya ilə ABŞ arasında bir anlaşma olsun. Amma güclü və ya böhransız, dirçəlmiş Rusiya bizə nə vəd edir?

Hələ böyük Uinston Çerçill deyirdi ki, ruslar yeganə xalqdır ki, yalnız güclə hesablaşırlar. Hətta bu gün də Rusiyanın çabalarının əsas məqsədi heç də ədalətli və ya nizamlı dünya deyil, “maraqlar balansı” və ya “nüfuz sferaları” əsasında qurulmuş dünyadır.

Bax, məsələ də bundadır. Hələ böyük Uinston Çerçill deyirdi ki, ruslar yeganə xalqdır ki, yalnız güclə hesablaşırlar. Hətta bu gün də Rusiyanın çabalarının əsas məqsədi heç də ədalətli və ya nizamlı dünya deyil, “maraqlar balansı” və ya “nüfuz sferaları” əsasında qurulmuş dünyadır.

Baxın, ABŞ hətta Ukrayna məsələsində də güzəşt təklif edir. Henri Kissincer təklif edir ki, Ukraynaya soyuq müharibə zamanı Finlandiyaya verildiyi kimi neytral dövlət statusu verilsin, bu ölkə NATO-nun və ya Avropa Birliyinin üzvü olmasın, bircə şərtlə ki, o, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına və ya Avrasiya İttifaqına da qoşulmasın. Fəqət, bu cür variant Rusiyanın ağlına batırmı? O, buna razı olurmu? Təəssüf ki, yox...

Doğrusu, çox çalışıram Rusiyanın tələblərində bir məntiq tapım. Amma tapa bilmirəm ki, bilmirəm. Baxın, bu ölkə guya ki, Bəşər Əsədin “qanuni haqları”nı tanıyır, onu legitim hakimiyyət kimi qəbul edir...

Di gəl, on illərdir ki, Azərbaycanın, Gürcüstanın və ya Moldovanın haqlarını heç bir halda tanımaq istəmir. Bu da azmış kimi, Ukraynanı da böyük fəlakət burulğanına qərq etdi, onun da haqlarını tapdaladı.

Kremlin bir məntiqi var: “Bizim nüvə silahımız var, ona görə də siz bizimlə hesablaşmalısınız!”...

Bəli, Kremlin bir məntiqi var: “Bizim nüvə silahımız var, ona görə də siz bizimlə hesablaşmalısınız!”...

Amma nüvə silahı Şimali Koreyada da var. Üstəlik, nüvə silahı digər dövlətlərin haqqını tapdamağa əsas verirmi? Bu məntiqlə adama elə gəlir ki, Kiyev ən böyük səhvini 90-cı illərin əvvəllərində, nüvə silahından imtina edərkən etdi. Əgər dünya bir məntiq, yalnız nüvə məntiqi tanıyırsa, o halda nə səbəbə Ukrayna da nüvə dövləti olmamalıdır? Niyə görə İranın bu silahı əldə etmək üçün çalışması bu qədər təəccüb və ya etiraz doğurmalıdır? Axı yarım əsrdən artıqdır ki, dünya bir məntiqdən –nüvə məntiqindən savayı məntiq tanımır...

Qərəz, dünya daha bir tapmacalı dövrə qədəm qoyur. Bu tapmacaların da açılışı əhəmiyyətli dərəcədə ABŞ-ın yeni siyasi kursundan asılı olacaq və hamı da bunu səbrsizliklə gözləyir...

Çox istərdim ki, proses son nəticədə nizamlı və ədalətli bir dünya düzəninə gətirib çıxarsın. Ona görə ki, heç kim, xüsusən də ki, çox kiçik dövlətlər böyük dövlətlər arasındakı alış-verişin predmeti olmaq istəmir.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG