Sony və LG şirkətləri 3D televizorların istehsalını dayandırdıqlarını elan ediblər. Bundan öncə Samsung və Philips də eyni addımı atmışdı. Bəs necə oldu ki, ən perspektivli texnologiyalardan biri lazımsız hala gəldi?
3D televizorlar “Avatar” filminin uğurundan sonra bütün dünyada populyarlaşmağa başladı. İzləyicilər evlərində də bu formatda filmlər izləmək istədiklərini bildirdilər. 2010-cu ildən isə bir çox istehsalçılar 3D formatını dəstəkləyən televizorlar istehsal etməyə başladılar. Bu cür televizorlar 3D-ni dəstəkləməyən analoqlarından 100-150 dollar baha başa gəlir.
2012-ci ildə artıq hər dördüncü televizor 3D ilə təchiz olunub. Ancaq bir müddət sonra bu televizorlara maraq azaldı və satışları aşağı düşdü. Ötən il istehsal olunan televizorların cəmi 8 faizi 3D-ni dəstəkləyir.
Uzun müddət bu televizorlara marağın azalmağının əsas səbəbi kimi, çox az kanalın 3D formatı dəstəkləməyi göstərilirdi. İldə cəmi 25-30 bu formatlı film ərsəyə gəlir.
Ancaq sorğular göstərir ki, artıq bu texnologiya insanlara maraqlı deyil. 3D film izləmək istəyənlər kinoteatrlara üz tuturlar. Bundan başqa, izləyicilərin 30 faizi 3D eynəklər taxmırlar. Çünki bu eynəklər baş ağrısına, ürək bulantısına səbəb ola bilir. Həm də 3D eynəklər rahat deyillər.
Digər tərəfdən eynək təlb olunmayan 3D texnologiyalar da var. Bununla belə, bu format görüntünün keyfiyyətini azaltdığına görə uğur qazanmadı.
Bundan bir il öncə alıcıların 3D-yə marağının azaldığını əsas gətirən Philips bu formatda televizorlra dəstəyini kəsdi.
Bundan sonra Sharp, TCL, Hicence, indi isə LG və Sony bu addımı atdılar. Hazırda ciddi şirkətlərdən yalnız Panasonic 3D televizorlara inamını itirməyib.