Keçid linkləri

Birinci ondan başlayaq ki, rəsmi məzənnələrin valyuta hərraclarının nəticələrinə görə müəyyənləşməsi düzgün deyil. Rəsmi məzənnələrin müəyyənləşməsi üçün müxtəlif metodlar var. Ən çox qəbul olunanı ölkənin banklararası birjalarında işgünü ərzində alınıb satılan valyuta həcminin orta dəyərinə görə.

Valyuta hərracları əsasən bazarda gərginliyi azaltmaq üçün mərkəzi bankların istifadə etdiyi açıq bazar alətlərindən biridir (Bəziləri hərracları üzən məzənnənin prinsiplərinə zidd kimi təqdim etsə də, əksər ölkələrdə bu tətbiq olunur). Məsələn, xarici valyuta bazarda kəskin artırsa mərkəzi banklar bazara valyuta satmaqla intervesiya (müdaxilə) edirlər. Adətən xarici təcrübədə mərkəzi banklar valyuta hərracı keçirəcəyini elan etdiyi anda artıq bazar iştirakçıları əllərindəki dolları satmağa çalışır. Çünki, mərkəzi bankın dollar satması məzənnəni aşağı sala bilər.

Bankların ehtiyacı belə çoxdursa banklar gərək vətəndaşdan da dolları yüksək qiymətlə alsınlar.

Azərbaycanda isə hərraclar rəsmi məzənnələri artırmağa xidmət edir. Nəzəri olaraq arta bilər amma.. 23.01.2017 saat 11-ə olan bankların dollar alışının ortalamasını hesabladım. Banklarda dollar alışının orta qiyməti 1.8324 çıxdı. Bəs necə olur vətəndaşdan 1.8324-dən alan banklar hərracda dollara 1.8559-dən pul ödəyirlər? Məntiqlə hərracda 75 milyon dollar (bu rəqəm qeyri-rəsmidir, Mərkəzi Bank nə qədər dollar satıldığını açıqlamır) olduğu üçün daha az pul ödəmək istəsinlər. Bankların ehtiyacı belə çoxdursa banklar gərək vətəndaşdan da dolları yüksək qiymətlə alsınlar.

Hərracların keçiriləcək saatlarının elanı ictimaiyyəti həm də məlumatlandırmaqdır ki, Mərkəzi Bank müdaxilə edir və təşviş yaranmasın.

Digər tərəfdən hərracların təşkili də ziddiyyətlidir. Mərkəzi Bank nə vaxt hərrac keçirəcəyini əvvəlcədən elan eləmir. Mərkəzi Bank məzənnə tənzimləməsinin bir aləti olaraq hərracların şərtlərini açıq bildirməlidir. Hərracların keçiriləcək saatlarının elanı ictimaiyyəti həm də məlumatlandırmaqdır ki, Mərkəzi Bank müdaxilə edir və təşviş yaranmasın. Depozit hərracları ilə bağlı məlumatlar isə bir gün əvvəldən Mərkəzi Bankın saytına yerləşdirilir. Həm də Mərkəzi Bank hansı bankın nə qədər dollar aldığını niyə açıqlamır? Ən son 2016-cı il Sentyabrın 29-da bir dəfə açıqlayıb.

Həmçinin, bu hərraclar Bloomberg Terminal kimi beynəlxalq platformalarda niyə görsənmir? Dünən Bloomberg Terminalda manat, cəmi 10 dəqiqə sərbəst işləm görüb.

Bütün bunlar nəzərə alaraq mən bu hərracları qurama oyun adlandırıram.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Sənin fikrin

Şərhləri göstər

XS
SM
MD
LG