Keçid linkləri

Təcili xəbərlər

Paket çaylar zərərlidir


Əgər qara çay içəndə tez-tez çay paketlərindən istifadə edirsinizsə, o zaman öz səhhətiniz haqqında ciddi düşünməlisiniz. Alman araşdırmaçıları əmindirlər ki, paketləşdirilmiş qara çayın tərkibində insan orqanizmi üçün təhlükəli maddələr var.

Mütəxəssislər keçirdikləri təcrübədə 3 bahalı və 3 ucuz çay sortlarından istifadə ediblər.

Məlum olub ki, araşdırılan hər bir çayın tərkibində minimal olaraq dörd növ pestisid olub. Çayların bir növündə ümumiyyətlə on növ ziyanlı maddələr aşkar edilib, baxmayaraq ki, onların konsentrasiyası məqbul normanı keçməyib. Alimlər həmçinin altı növ sortdan beşində antraxinon da aşkar ediblər. Bu maddə təhlükəli bir konseroqen hesab edilir və Avropa Birliyində qadağan edilib.

Daha öncə çay paketlərinin zərərli olduğundan İngiltərə alimləri söz açmışdılar. Qlazqo Universitetinin əməkdaşları belə çayların böyük həcmdə istifadəsinin kişilərin orqanizminə mənfi təsir göstərdiyini qeyd edirlər. Bu maddə həmçinin prostat xərçənginin inkişafına da şərait yaradır.

Bunu 21-75 yaş arası 6000 kişinin iştirak etdiyi təcrübə də sübut edir. Təcrübə onu gösətrib ki, paket çaylardan sui-istifadə edən şəxslər prostatitdən əziyyət çəkirmişlər. Müəyyən şəxslərdə isə prostat vəzisinin xərçəngi də aşkar edilib. Ekspertlərin fikrincə, bu növ çayın gün ərzində 7 dəfə istifadəsi bu xəstəliyin yaranması təhlükəsini 50%-dək artırır. Xərçəngdən başqa isə paketləşdirilmiş çay böyrəklərin və mədə-bağırsaq traktının fəaliyyətinə də mənfi təsir göstərir.

XS
SM
MD
LG