Keçid linkləri

Təcili xəbərlər

Ruslar Ayda orbital stansiya tikəcək


Moon space station
Moon space station

Rusiyanın "Roskosmos" dövlət şirkəti Ayın orbitində beynəlxalq kosmik stansiya tikmək imkanlarını nəzərdən keçirir. Bu barədə məlumatı Rusiyanın TASS xəbər agentliyi korporasiyanın baş direktoru Igor Komarova istinadən yayıb.

"Aşağı yerətrafı orbitdən Ay və Mars proqlamlarına keçmək lazımdır. Ayın orbitində beynəlxalq stansiyanın yaradılmas məsələsi müzakirə edilir", deyə Komarov bildirib.

Igor Komarov hesab edir ki, Ay və Marsın öyrənilməsini beynəlxalq əməkdaşlıq və özəl investorların hesabına maliyyələşdirmək mümkündür.

Ayın orbitində yaradılacaq sözügedən stansiyanın layihəsinin üzərində Rusiyanın "Energiya" raket-kosmik korporasiyası və ABŞ-ın "Boeing" şirkəti çalışır. Alternativ variantlar nəzərdən keçirilir: orbital platformanın içərisində iki kiçik və yaxud bir böyük yaşayış modulu ola bilər. Stansiyada 30 - 360 sutka çalışacaq dörd mütəxəssisin yaşaya biləcəyi güman olunur.

"Energiya" raket-kosmik korporasiyasının mütəxəssisləri orbital stansiyanın tikintisinə artıq 2022-ci ildə başlamağa hazır olduqlarını bildiriblər. 2025-ci ildə osə artıq ora astronavtlar göndərilə bilər.

Stansiyanın elementlərinin Ayın orbitinə daşınması üçün SLS sinfindən olan fövqəlağır daşıyıcı raketdən istifadə olunması nəzərdə tutulub. Bu raketi hazırda NASA hazırlayır. Çoxmodullu layihənin qəbul olunacağı təqdirdə onları həmçinin ABŞ-ın Orion gəmisi vasitəsilə buraxmaq nəzərdə tutulur. Bu raket də NASA-nın sifarişi ilə hazırlanır.

Bundan başqa, Rusiyada fövqəlağır daşıyıcı raketin hazırlanmasına dair sənədləşmə işləri həyata keçirilir. Bu raket Ayın orbitində yerləşən stansiyaya xidmət göstərmək üçün nəzərdə tutulub. Bu barədə məlumatı ötən ilin noyabrında Rusiyanın baş nazirinin müavini Dmitry Rogozin vermişdi.

Ən son yazılan

XS
SM
MD
LG