Keçid linkləri

Təcili xəbərlər

Parisdə sürücüsüz avtobuslar sınaqdan keçirilib


Parisdə elektriklə çalışan iki sürücüsüz avtobus istifadəyə verilib. Layihə hələlik sınaq xarakteri daşısa da, uğur qazanarsa, şəhər rəhbərliyi bu cür nəqliyyat vasitələrini inkişaf etdirməyə davam edəcək.

Avtobuslar Lion vağzalı ilə Austerlits arasında qısa marşrutla Parisin 13 bölgəsindən keçib. Onlar digər nəqliyyat vasitələri olmayan özəl bir xəttlə hərəkət ediblər.

Təkərliklər üzərindəki kiçik gövdəli, qutuya bənzər avtobusların hər biri 12 sərnişin tutur. Avtobuslar maşınlarla və insanlarla toqquşmamaq üçün lazer və kameralarla təchiz olunublar.

Paris merinin müavini Jan-Lui Miksika (Jean-Louis Missika) jurnalistlərə bildirib ki, sürücüsüz nəqliyyat vasitələri tezliklə dünyada şəhər nəqliyyatında inqilab edəcək və böyük şəhərlərdə insanların həyatını tamamilə dəyişəcək.

Şəhər rəhbərliyi gələcəkdə kiçik şəhərlərlə Parisi əlaqələndirən qatarları bu avtobuslarla əvəz etməyi planlaşdırır.

Məlum olduğu kimi, son illər bir çox məşhur şirkətlər sürücüsüz avtomobillər üzərində çalışırlar. Bəzi şəhərlərin küçələrində artıq bu cür avtomobillərə rast gəlmək mümkündür.

2020-ci ilə qədər tamamən sürücüsüz çalışan avtomobillər hazırlamaq istəyən şirkətlər arasında BMW, Volkswagen, Genereal Motors, Tesla, həmçinin, KİA var.

Sürücüsüz avtomobillərin hazırlanmasıyla texnologiya nəhəngləri Apple, Google, Uber də daxil olmaqla bir sıra taksi xidmətləri də məşğul olurlar.

Ən son yazılan

XS
SM
MD
LG