Keçid linkləri

Təcili xəbərlər

İdeal qadın və kişi obrazı


Amerikanın yeni prezidenti Donald Tramp Ağ evə yerləşdikdən sonra prezident əleyhinə və onun seksist fikirlərinə qarşı aksiyalar başlayıb.

Aksiyalar kifayət qədər ciddi ölçüyə çatıb, hər halda, mən Amerikada baş vermiş bu qədər geniş aksiyanın şahidi olmamışam. Amma açığı təəccüblənmədim. Çünki dünya bu cür mövzulara öyrənmiş vəziyyətdədir. Cins, din, irq məsələləri hər zaman problem olaraq qalıb.

Hakimin fikrinə görə qara dərili birinin unversitetdə oxumaq istəyinin ağlına gəlməsi dəlilikdir. Bəli, cəmi 59 il əvvəl.

Çox uzaq belə sayılmaz, 59 il əvvəl – 1958-ci ildə Amerikanın Celonon adlı qara dərili vətəndaşının dəlixanaya salınması barədə məhkəmə hakimi istək təqdim etmişdi. Səbəb isə qara dərili gəncin Missisipi unversitetinə qəbul olmaq üçün müraciət təqdim etməyi olub. Hakimin fikrinə görə qara dərili birinin unversitetdə oxumaq istəyinin ağlına gəlməsi dəlilikdir. Bəli, cəmi 59 il əvvəl.

Cəmiyyətdə bu tip hallar asan şəkildə aradan qalxmır. Bu preblemlərin həlli üçün uzun müddət lazım gəlir. Sıradan bir amerikalını məncə narahat edən də məhz budur. Liberal düşüncənin ardından hakimiyyətə gələn, orta statistik amerikalı fermerin dili ilə danışan, barıt çəlləyi Trampdır. O, bütün mifləri dağıda bilər. Öz kobud çıxışları ilə bütün haqları tapdalaya bilər. Hansı ki, qadın haqları məsələsində bütün qılıncları üstünə çəkəcək çıxışlar edib. Qadın olmaq nədir? Kişilik nədir? Qadın haqları nədir?

Biz insanlar kişilər və qadınlar deyə iki yerə ayrılmışıq. Kişi olmaq üçün bir X bir Y xromosumuna, qadın olmaq üçün iki X xromosumuna ehtiyacımız olub. Yəni qadın və kişi olmaq mütləq bir bölgüdür. Sən öz iradəndən aslı olmayaraq hansı xromosomu daşısan cinsin də o olacaq.

Başqa sözlə, cinsiyyət bölgüsü asandır, cəmiyyətin uydurduğu cinsiyyət vəzifələri isə ciddi işdir.

Başqa sözlə, cinsiyyət bölgüsü asandır, cəmiyyətin uydurduğu cinsiyyət vəzifələri isə ciddi işdir. Bu gün bu qədər sadə mövzunun bu qədər çıxılmaz hala düşməsinə səbəb cəmiyyətdə mövcud olan cins hüquqlarının fərqli formaya düşməsidir. Təbiətdə dişi olmaq üçün ehtiyacınız olan iki X xromosomudur, amma bir adam və qadın olmaq isə qarıışıq mövzudur.

Bu gün kişi və qadın xüsusiyyətləri bioloji xüsusiyyətlərdən daha çox təfəkkür xüsusiyyətinin məhsuluna çevrilib.Hər cəmiyyət hər erkəyi kişi, hər dişini isə qadın saymır. Erkəklər, yəni X və Y xromosomu daşıyıcıları davamlı olaraq sonsuz hərəkət və performans göstərərək, kişiliklərini sübut etməyə çalışırlar. Eləcə də bu misal qadınlara aiddir. Qadınların da işi bitməz. Davamlı olaraq özünü və başqalarını qadın olduğuna və haqlara sahib olduğuna inandırmaq məcburiyyətindədirlər.

...hər iki cins, xüsusilə kişilər bunu sübut etmək üçün həyatlarını belə təhlükəyə atacaq dərəcədə ehtirasa sahibdirlər. Çünki yaşadığı mühi ona mükafat olaraq “Əsil kişi” statusunu verir.

Bu fəaliyyətin uğurlu olmaması mümkündür. Amma hər iki cins, xüsusilə kişilər bunu sübut etmək üçün həyatlarını belə təhlükəyə atacaq dərəcədə ehtirasa sahibdirlər. Çünki yaşadığı mühi ona mükafat olaraq “Əsil kişi” statusunu verir.

Əsil kişi və əsil qadın (əgər belə bir şey varsa) ölkələrə görə dəyişir. Şimalda, bizdən çox uzaq olmayan Rusyanı misal göstərək. Cəmiyyətdə qadınlar və onların statusları, qadına münasibətin bizdən nə qədər fərqləndiyini özünüz görürsünüz. Eləcə də Rusya ilə Amerika qadınlarını müqayisə edə bilərik. Demək olar ki, çox ölkədə qadınların, kişilərin, cinsi azlıqların statusları fərqlidir. Və bu asanlıqla qurulan və dağılan quruluş deyil. Dağılmaz da deyil. Daim dəyişir və fərqli formaları alır.

Şəkildə gördüyünüz insan sözün əsil mənasında 14-cü əsrin kişilik nümunəsidir.Uzun ayaq, uzun corablar, dabanlı ayaqqabılar, rəqqas duruşu və böyük ölçülü qılınc. İndiki Amerikada qılıncı nəzərə almasaq, şəkildəki xüsusiyyətlərin çoxunu qadınlılıq əlaməti kimi dəyələndirə bilərik. Halbuki Kral Lui öz dövründə kişiliyin və kişilik anlayışının nümunəsi olub.

Bu şəkildəki isə 21-ci əsrin qərbdəki kişi nümayəndəsi. Uzunboğaz corablar yoxdur. Ayaqqabı dikdabanlı deyil. Hərəkətlər, düşüncələr, fəaliyyətlər belə kəskin dəyişib. Əsrlər sonra qərbdə kişilik anlayışı dəyişib. Bu ani şəkildə olmayıb. Zamanla, addım-addım. Kral Lui, Napoleonla, Linkolnla, Barack Obama ilə əvəz olunub.

Eləcə də bu gün dövrün ideal qadın anlayışı tamam fərqli formanı alıb. Preseslərdə birbaşa maraqlı tərəf olan, Trampun seksist fikirlərinə qarşı aksiya keçirib etirazını bildirən iki X xromosumu daşıyıcısı dövrümüzün ideal qadın obrazıdır.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

XS
SM
MD
LG