Keçid linkləri

Təcili xəbərlər

Tim Kuk özünün Apple səhmlərini satır


Tim Kuk
Tim Kuk

Apple şirkətinin rəhbəri Tim Kuk (Tim Cook) bir neçə gün ərzində şirkətdəki səhmlərinin böyük miqdarını satıb. Bu barədə “Apple İnsider” yazır.

Kuk 30000 hissəni üç mərhələdə 20, 23 və 24 Yanvar tarixlərində satıb. Hər mərhələdə 120 dollardan 10000 hissə səhm satılıb.

iPhone satışlarının aşağı düşməsi, rüblük gəlirlərin azalması onun bu addımı atmağının mümkün səbəbi kimi göstərilir.

Apple CEO-su ötən həftə hissə satışlarından bütövlükdə 3.6 milyon dollar əldə edib.

Bu qədər satışlardan sonra belə Kukun 117.6 milyon dollar dəyərində 979,809 səhmi qalıb.

Şirkət rəhbəri 2016-cı ilin Avqust ayı ərzində də 65 milyon dollardan yuxarı dəyərdə hissə satıb.

Kuk 2011-ci ildən bəri şirkətin icraçı direktoru kimi çalışır.

Ən son yazılan

XS
SM
MD
LG