Keçid linkləri

Təcili xəbərlər

İlon Mask işindən təyyarəsinə qədər tunel qazır


"Hyperloop" yeraltı nəqliyyat sisteminin eskizi
"Hyperloop" yeraltı nəqliyyat sisteminin eskizi

Tesla Motors və SpaceX şirkətlərinin rəhbəri, milyarder İlon Mask Los Anceles şəhərinin altında tezliklə başlayacaq qazıntı işləri haqda öz Twitter hesabında yazıb. Yerli KİV isə hazırda onun Tramp administrasiyasıyla əməkdaşlıq əlaqələri haqda düşünürlər.

“Tunel layihəsində ilham verici bir proqress. Təxminən bir aya qazmağa başlayacağıq”, deyə Mask qeyd edib.

İsitfadəçilərdən birinin yazdığı şərhə Mask cavab verib ki, tunel SpaceX-in qərargahından başlayaraq Krenşodakı Los-Anceles hava limanınadək davam edəcək. “Yəni siz bunu ciddi demişdiniz? Həqiqətən də ciddisiniz?”, deyə başqa bir istifadəçi soruşub. Mask isə yenidən təsdiq edib.

Los Ancelesin altında "Hyperloop" adlanan yeni nəqliyyat sistemi üçün tunnelin qazılması ilə bağlı Mask ilk dəfə Dekabrda bəhs etmişdi: “Tıxaclar məni dəli edir. Mən tunel qazıntısı üçün bir maşın icad edib sadəcə qazmağa başlaycağam”, deyə o, Twitter-də yazmışdı: “Mən həqiqətən bunu etməyə qərarlıyam”, deyə Mask əlavə edib.

Buna baxmayaraq, USA Today bu məsələnin hələ də zarafat olub-olmadığına əmin deyil. Qəzet Maskın rəsmi nümayəndəsindən məsələ ilə bağlı heç bir şərh almağa nail olmayıb. Quarz nəşriyyatı da bunun zarafat olmasından şübhələnir. Şübhə doğuran başqa məqam da odur ki, Los-Ancelesin yerli idarəetmə orqanları kommunikasiya xəttləri ilə dolu olan şəhərdə yeraltı qazıntılara belə tez cavab verə bilməz.

Quarz elə hesab edir ki, Mask daha öncə təmiz enerjinin tərəfdarı ola-ola ExxonMobil-in rəhbəri Reks Tillersonun ABŞ-ın dövlət katibi olmağına dəstək verdikdən sonra, o, bu şəkildə diqqəti yayındırmaq istəyib. Fəallar bu addımı müsbət qarşılamamışdılar. Belə ki, onlar Tillersonun keçmişdə neftlə bağlı fəaliyyətinə görə düzgün ekoloji qərarlar verəcəyinə əmin deyildilər. USA Today isə Maskın bu bəyanatının bazar ertəsi ABŞ-ın yeni prezidenti Donald Trampla görüşdükdən sonra yaydığını vurğulayır. Tramp isə, məlumdur ki, öz seçkiqabağı kampaniyasında yol tikintisinə və fərqli infrastrukturaya ayrılan vəsaiti artırmağı söz vermişdi. Bundan əlavə, Mask həmçinin onun məsləhətçiləri sırasına keçməyə də razılığını verib.

Ən son yazılan

XS
SM
MD
LG