Keçid linkləri

Təcili xəbərlər

Virusların sonu yaxınlaşır


Dublində yerləşən Triniti kollecinin alimləri hüceyrənin inkişafı üçün faydalı olan molekul aşkar ediblər. Məlum olub ki, aşkar edilən STAT3 molekulu insan orqanizmini infeksiyalardan da qoruyur. Bu kəşf orqanizmin təbii immunitetini bərpa edə və bütöv virus spektrindən qoruya bilər.

İstənilən virus infeksiyasında immun elementi olan interferon virus hasilatını dayandırır. Bədənin digər hücrələrində interferonlar stimullaşdıqda, bu hücrələrin daxilində domino effekti verən molekul dəsti aktivləşir (təhlükə haqqında xəbərdarlıq edən özünəməxsus siqnal). Dominonun sonuncu “daşı” düşdükdə, bu hücrənin infeksiyadan təmizlənməyə hazır olduğunu bildirir.

Buna baxmayaraq, immun sistemi bir çox virusları təmizləməyə qadir deyil. Görünən odur ki, viruslar ona qarşı davam gətirə bilirlər. Hepatit C virusu və respirator-sinsitial virusu interferonun siqnal yoluna təsir edir, nəticədə isə onlar immunitetdən yan keçməyə nail olurlar. Ona görə STAT3-ün antivirus xüsusiyyətləri alimləri daha da ilhamlandırır.

Onların sözlərinə görə, bu element interferonun siqnal yollarının fəallığını saxlamaq üçün çox önəmlidir. Araşdırmaların göstərdiyi nəticələrə görə, STAT3 olmadan hücrələr hətta adi qriplə mübarizə apara bilməzdilər.

XS
SM
MD
LG