Keçid linkləri

Təcili xəbərlər

Gecə kameralı ilk smartfon


Tam qaranlıqda foto, video çəkməyə imkan verən smartfon satışa çıxarılıb.

Smartfon Danimarkanın telefon istehsalçısı “Lumigon” tərəfindən hazırlanıb. T3 adlanan model “gecə görmə” kamerasıyla yanaşı, həm də möhkəmliyi ilə seçilir.

Telefonun gövdəsi paslanmayan polad çərçivəylə, 4.8 düymlük ekranı isə Gorilla Glass 4-lə təchiz olunub. Bu kombinasiya smartfonu qırılmaz hala gətirməklə yanaşı, keyfiyyətli toz və su keçirməzlik dərəcəsi verir.

Cihaz Android 6.0 Marshmallow əməliyyat sistemiylə çalışır. 3 GB RAM və 128 GB daxili yaddaş onu ən yaxşı ağıllı telefonlarla müqayisə etməyə imkan verir.

Smartfonun cüt İR LED işıqlı 4 meqapiksellik gecə görmə kamerası var. Bu kamerayla tam qaranlıq mühitdə aydın fotolar, videolar çəkmək olar. İR işıqlar gözlə görünmədiyi üçün nəyisə və ya kimisə çəkməyiniz hiss olunmur. Bundan əlavə, telefon 13 meqapiksellik əsas, 5 meqapiksellik ön kamerayla təchiz olunub.

Cihazda 360 dərəcəlik barmaq izi sensoru, kablosuz enerji yığma texnologiyası da əlçatandır.

Ən son yazılan

XS
SM
MD
LG