Keçid linkləri

Təcili xəbərlər

Kredit Sistemi


Kredit Sisteminin fəlsəfi konteksdə analizi

“Kredit sistemi” bu gün dünyanın bütün ölkələrini hörümçək toru kimi saran qəddar qaniçən sistemdir. Kredit sisteminin mənəvi və maddi tənəzüllərə, deqradasiyaya yol açması şübhəsizdir. Kredit sisteminin əsas paradoksal funksiyaları bunlardır: kasıb və varlılar arasında yalançı, saxta bərabərçiliyi yaratmaqla əslində cəmiyyətin sosial sferasında baş verən pozulmaları daha da dərinləşdirir. Bir şəxsin kredit sisteminin yaratdığı imkanlar vasitəsilə öz ehtiyaclarını ödəməsi, maşın, telefon ev və s. nəsnələrə sahiblənməsi nəticəsində varlı mühit ilə uzlaşmaya çalışması əslində sosial mühitin ideallığa doğru inkişaf mahiyyətində təzadlar yaradır.

“Yalançı xoşbəxtliyin mükafatı bədbəxtlikdir”

“Yalançı xoşbəxtliyin mükafatı bədbəxtlikdir”.

İnsanların həqiqi sosial reformasiyalara getməməsi, bu reformatik funksiyanın işə düşməsi üçün təyziq göstərməməsi saxta uzlaşma ilə birbaşa əlaqələdir. Çünki bir insan ən vacib, mütləq ehtiyyaclarını ödəməsə, məsələn ən yaxın insanını pulsuzluq ucbatından itirsə onun daxilində etirazın vulkanik püskürməsi baş verəcək və bu püskürmə sistemi öz qaynar lavaları ilə əridərək kül edəcək. Ancaq insanların yalançı özünü təmin etmə xarakteristikaları onları həqiqi xoşbəxt, ideal sistemdən məhrum edir. Problemin həll edilməsi üçün onu bəzəklərə bürümək lazım deyil. Etiraz dalğası sosial-maddi çöküşün təzahürüdür. İnsan nə qədər itirərsə, bir o qədər qazanmaq spesifikliyini qazanar. Əslində sosial cəhətdən tamamən iflas edən, səfil kimi yaşayan xalq öz vəziyyətinə baxıb mənəvi böhran içinə düşməli olan xalq aldığı hər kredit ilə öz güzgüsünün üzərini örtmüş olur. Bu gün əllərdə olan bahalı telefonlar, geyinilən brend geyimlər, pullu təhsil, maşınlar və s həqiqi real formada deyil çünki real situasiyaya nəzərən xalqın böyük kütləsi buna malik olacaq iqtidarda deyil.

Biz 10-15 il öncəyə baxaraq hər şeyin daha yaxşı olduğunu düşünürük, amma əslində heç nə yaxşıya doğru inkişaf, təkmil keçməyib, hətta min qat daha çox tənəzzül, qəddar, qaniçən, əxlaqsız forma alıb.

Biz 10-15 il öncəyə baxaraq hər şeyin daha yaxşı olduğunu düşünürük, amma əslində heç nə yaxşıya doğru inkişaf, təkmil keçməyib, hətta min qat daha çox tənəzzül, qəddar, qaniçən, əxlaqsız forma alıb. Özəl mülk və şəxsi azadlıq ideyasının həddindən artıq anormal inkişafı toplumun azadlığı qarşısında dilemma yaradıb. Şəxsi azadlığın inkişaf nisbəti, toplumun azadlığın inkişaf və var olma nisbətiylə tamamən tərs mütanasibdir. Şəxsi azadlıq yalanları, bəzəkli cümlələri əslində bizim vəhşi, əhilləşməmiş, eqomuzun güzgüsüdür. Bizlər azad olmaq istədik və şəxsi azadlıq adlı qanunlar toplusunu düşündük, ancaq anlamadıq ki, bizlər toplumun bir parçasıyıq, toplumun normal formada olması bizim kollektivçi düçüncəmizdən asılıdır. Eqoya doğru yönəlmələrlə, toplumun hüceyrələrindən qopuruq və biz parçası olduğumuz toplumun hüceyrə sistemini dağıdır, qeyri-sağlam formasiyaya salırıq. Və bizlər nə qədər şəxsi, fərdi olaraq azadlıq “level”larını aşsaq da toplumun bir parçası olduğumuzdan və o toplumun normal var oluş konstruksiyasını dağıtdığımızdan heç zaman “xoşbəxt” “mənəvi azad” ola bilmərik.

İnsan sosial varlıqdır. Biz bir bütünün parçalarıyıq, nə qədər özləşsək, parçacıqlara ayrılıb öz yaşamımızı azad sürdürsək, bir o qədər də faydasız parçacıq olaraq qalırıq.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

XS
SM
MD
LG