Keçid linkləri

Təcili xəbərlər

Bu il buz dövrünün başlanğıcı ola bilərmi?


ice age
ice age

İngilis alimləri bəşəriyyətə qışın yaxın olduğunu bir daha xatırladıblar.

Alimlər müəyyən ediblər ki, Yer kürəsindəki iqlim şəraiti birbaşa olaraq Günəşə bağlıdır. Belə ki, əgər Günəşin üzərində ləkələr əmələ gəlirsə, bu o deməkdir ki, bizim planetdəki hərarət də qalxır, əgər bu kifayət qədər baş vermirsə, əksinə hərarət aşağı düşür. Ona görə də Kiçik buz dövrünün başlanma ehtimalı çox böyükdür. Artıq beşinci ildir ki, günəş dövrünün izlənilməsində bu fəallığın azalması müşahidə edilir.

İqlim soyumasının pik həddi 2030-cu ildə baş verə bilər. Alimlərin fikrincə, 2030-cu ildə Günəşin fəallığı 60%-dək azalacaq.

Sonuncu buz dövrü 11 min il öncə olub. Buna baxmayaraq, bəzi alimlərə görə, yeni buz dövrü elə də uzaqda deyil.

İngiltərə alimləri Günəş üzərində olan ləkələrin və Yer kürəsindəki iqlim hərarətinin dəyişmə asılılığını müəyyənləşdirən bir araşdırma aparıblar. Aparılan araşdırmalar onu göstərir ki, son 10 il ərzində ulduzda olan ləkələr 64%-dək azalıb, bu da öz növbəsində planetdə iqlim dəyişikliyinə səbəb olur.

2030-cu ildə Buz dövrünün olub-olmayacağını yalnız vaxt göstərəcək. Aydın görünən odur ki, Yer planeti hər 100 ildə kiçik buz dövrü yaşayır, növbəti buz dövrü isə çox tezliklə baş verə bilər. Daha öncə təqdim edilən hesabatlarda isə okean sularında karbon qalıqlarının böyük həcmdə olduğu bildirilir, bu isə buz dövründəki olan göstəricilərlə çox oxşardır.

Ən son yazılan

XS
SM
MD
LG