Keçid linkləri

Britaniya alimlərinin səhvi elmi təcrübədə iştirak edən könüllü tələbələrin ölümcül dozada kofein qəbul etmələri ilə nəticələnib.

Tələbələr Nortumbria Universitetinin (Northumbria University) kofeinin idman məşqləri zamanı insana necə təsir etməyini müəyyən etmək üçün aparılan təcrübədə iştirak ediblər. Eksperimentin qaydalarına əsasən, onlara 0,3 qram kofein verməli imişlər.

Nəticədə isə, hər bir könüllü 30 qram kofein qəbul edib – bu da 300 fincan qəhvəyə bərabərdir. Məlum olub ki, qəbul ediləcək kofeinin ölçü vahidində vergül düzgün yerdə qoyulmayıb.

Xoşbəxtlikdən tələbələr vaxtında xəstəxanaya çatdırılıb, və həkimlər onları xilas etməyə nail olublar. Kofeinin yüksək dozada qəbulu könüllülərin həyatına son qoya bilərdi. Belə ki, hətta 18 qram kofein qəbulundan həyatını itirən insanlar var.

Qalmaqal prosesində o da məlum olub ki, alimlər hətta lazımi qaydada ehtimal riskləri barəsində də düşünməyib. Nəticədə universitet 400 min funt məbləğində cərimə olunub, laboratoriya rəhbərləri isə işdən uzaqlaşdırılıblar.

Sənin fikrin

Şərhləri göstər

XS
SM
MD
LG