Keçid linkləri

Təcili xəbərlər

Kütlə şüuru və individualizm


Soviet masses
Soviet masses

Kütlə xarakteristikasında olan bizlər nə qədər fərdiləşsək də ümumi kütlə şüurunun xarakterini özümüzdə daşıyırıq.

Belə ki, bir teatrda yanğın olarsa, biz 2-3 qapı olmasına baxmayaraq, axının əsasən yön aldığı qapıya doğru qaçacağıq. Adətən axın bir istiqamətdə olur.

Bu kütlə şüuru, kollektiv şüurdur.

Ancaq, bu məqam da var ki, ilkin primitiv yapımız, instinktimiz olan bu xarakteristika bizə fayda verməyəndə, yəni biz gördüyümüzdə, məntiqi dərk əsasında anladığımızda ki, ümumi axın bir qapıdan çıxa bilməz, və itirilən hər dəqiqə bizi təhlükənin qurbanı olmağa sürükləyir edə bilər, bax, o zaman bu məntiqi dərkin məntiqi davamı olan rasionallıq işə düşür.

Rasional təfəkkürümüzün qayəsi isə indivudualizmə söykəndiyindən, biz, ikinci alternativ olaraq, indivudual davranaraq davranıb, özümüzü xilas etməyə çalışır, yollar axtarır, hətta biraz əvvəl üzvü olduğumuz kütləni, bizim fərdi özünü özümüzü xilasetməyə mane olduğu üçün dağıtmağa çalışırıq .

Bayaqkı kollektiv təfəkkürdən fərqli olaraq indivudual təfəkkürümüz kütləni düşmən kimi alqılayır, və bu təfəkkür nəticə olaraq praktiki davranışılarında fərdi maraqlarını sərgiləyir.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

XS
SM
MD
LG