Keçid linkləri

Təcili xəbərlər

Bir sutka nə vaxt 25 saat ola bilər?


Ayın təsiriylə yerin fırlanmağının yavaşlaması nə vaxtsa bir sutkanı 25 saata çatdıra bilər.

Böyük Britaniyanın Sasseks (Sussex) Universitetinin astrofiziki Cillian Skadder (Jillian M.Scudder) bu nəticəyə gəlib.

Ay hər il yerin dönməyini yavaşladır. Bunun səbəbi peykin planetimizdən daha az enerji almağıdır. Bu proses insan gözüylə fərq edilməsə də, onun sürətini lazer lokasiyası ilə ölçmək olar.

1969-cu ildə Aya “Apollon 11” ekspedisiyası zamanı araşdırmalar göstərib ki, son 100 il ərzində Yerin fırlanması təxminən 0,0014 saniyə yavaşlayıb. Eyni zamanda günəş tutulması ilə bağlı tarixi qeydlər əks etdirir ki, hər əsr Yerin dönməsi 0,0025 saniyə azalır.

Bu rəqəmlərin ortalamasını götürsək (0.002), planetimizin fırlanmağının hər yarım saniyə yavaşlaması 25000 il çəkir.

Bütün bunlardan belə nəticəyə gəlmək olar ki, Yerin fırlanmağının 1 saat yavaşlaması üçün 180 milyon il gözləmək lazımdır.

Ən son yazılan

XS
SM
MD
LG