Keçid linkləri

TRAMP NƏDƏN BU QƏDƏR MARAQLIDIR?

Adətən dünyada prezidentlərin “yüz günlüyü”nü müzakirə edirlər. İlk yüz günlük başa çatandan sonra araşdırmalar, təhlillər və qiymətləndirmələr başlayır. Amma nə qədər qəribə olsa da, prezident Donald Trampa münasibətdə bu ənənə bir az pozulub. İnsanlar, təhlilçi və siyasətçilər hətta onun hakimiyyətinin ilk on gününü müzakirə etməyə və nəsə bir nəticə hasil etməyə çalışırlar.

Bu da təsadüfi deyil. Bir tərəfdən siyasətə başqa bir partiyanın adamı gəlib və insanlar Hilari Klintonun seçiləcəyi təqdirdə müəyyən qədər əvvəlki hökumətin siyasətinin davam edəcəyini düşünürdülərsə, Trampın timsalında növbəti respublikaçının nələr edəcəyini təxmin etməyə cəhd edirlər.

Donald Tramp ənənəvi siyasətçilər düşərgəsinə aid deyil, təbii ki, bu amil də onun idarəçiliyinə marağı daha da artırır. Amma bütün bu sadalanan detallardan da ciddi bir səbəb də vardır...

Üstəlik, Donald Tramp ənənəvi siyasətçilər düşərgəsinə aid deyil, təbii ki, bu amil də onun idarəçiliyinə marağı daha da artırır. Amma bütün bu sadalanan detallardan da ciddi bir səbəb də var – yeni ABŞ prezidenti o qədər qeyri-adi və qeyri-standart bəyanatlar verir ki, hətta siyasətdən uzaq adamları da maraq götürür, onlar da diqqət kəsilməyə başlayırlar.

Detallar isə olduqca çoxdur. Təkcə miqrantlarla bağlı siyasəti günlərlə müzakirə etmək olar. Və yaxud da Rusiya ilə bağlı, NATO haqda deyilən fikirlərin üstündə saatlarla dayanmaq olar...

Amma bizi burada başqa məsələ maraqlandırır. Bu da Trampın BMT haqda dedikləridir. Artıq xəbərlər yayılıb ki, guya ABŞ həmin bu təşkilata yönəlik maliyyəsini 40 faiz azaltmaq əzmindədir. Fəqət, buna qədər də, hələ seçki debatları zamanı da Tramp BMT haqqında çox tənqidi fikirlər demişdi. Bunlar isə düşündürməyə bilməzdi, çünki BMT dünyanın ötən əsrdə formalaşdırdığı əsas beynəlxalq institutlardan biridir.

MARAQLIDIR Kİ, TRAMP BİRİNCİ DEYİL, AMMA...

Donald Trampı ağılsız hesab etmək üçün heç bir əsasımız yoxdur. Təbii ki, o ağılsız olsaydı milyonlarla amerikalının səsini qazanmazdı və yaxud da ki, milyarder olmazdı.

BMT ilə bağlı tənqidlər də heç də birinci dəfə deyil ki, səslənir. Müxtəlif vaxtlarda dünyanın sanballı politoloqları, siyasət və dövlət xadimləri bu təşkilat haqqında olduqca tənqidi fikirlər söyləyib və onun effektsizliyindən, dövrün tələblərinə cavab verməməsindən giley-güzar ediblər.

Üstəlik, BMT ilə bağlı tənqidlər də heç də birinci dəfə deyil ki, səslənir. Müxtəlif vaxtlarda dünyanın sanballı politoloqları, siyasət və dövlət xadimləri bu təşkilat haqqında olduqca tənqidi fikirlər söyləyib və onun effektsizliyindən, dövrün tələblərinə cavab verməməsindən giley-güzar ediblər.

Elə özümüzü – Azərbaycanı götürək. On illərdir ki, təşkilat işğal olunmuş ərazilərlə bağlı dörd qətnamə qəbul edib. Amma BMT funksionerləri bu günə qədər nəinki onların icrası ilə maraqlanmır, hətta öz çıxış və bəyanatlarında da onlara istinad belə etmirlər. Amma D.Tramp təşkilatı və onun perspektivini təftiş etməyə başlayanda hamı çox diqqət kəsildi. Səbəb də budur ki, bunları ABŞ prezidenti deyir, və bütün deyilənlərin arxasında ciddi siyasi qərarlar dayana bilər.

ABŞ-IN DÜNYA DONORU OLMASI DA ƏDALƏTSİZLİKDİR

Trampın bir arqumentini – maliyyə məsələlərilə bağlı dediyini nəinki BMT, eləcə də NATO ilə bağlı da qəbul etmək olar. Bu təşkilatların əsas maliyyə yükünü ABŞ çəkir, digərləri isə ondan faydalnırlar. Amma belə bir vəziyyət əbədi olaraq davam etməlidirmi?

Nəzərə alanda ki, dünyanın bir çox ölkələrilə ABŞ arasındakı iqtisadi fərqlər son dövrlərdə xeyli azalıb, indi mövcud olan münasibəti təbii ki, ədalətsiz saymaq olar.

Hamı, necə deyər, əlini cibinə salmalı, imkan daxilində beynəlxalq institutları maliyyələşdirmək üçün nəzərdə tutduqları xərclərini bir az artırmalıdır.

İKİNCİ DÜNYA MÜHARİBƏSİNİN REALLIQLARI

Bu konteksdə Trampla razılaşmamaq mümkün deyil. Amma ABŞ prezidentinin iradları təkcə maliyyə ilə bağlı deyil. O, BMT-nin effektsiz təşkilat olduğundan gileylənir. Di gəl, bunun yozumunda bir qədər qeyri – səmimi davranır. Söhbət nədən gedir?

Amma sadalananların hamısı olmasa da böyük bir qismi bir amillə bağlıdır – BMT operativliyini itirib. Elə Tramp da bunu deyir. Bəs bunun səbəbi nədir?

Əvvəldə dedim ki, dünyanın bir nömrəli təşkilatı ilə bağlı iradlar çox çeşidlidir. Kimi onu münaqişələrin həll olunmamasına, kimi dövlətlər və millətlər arasında daha çevik arbitr ola bilməməsinə, başqa birisi də təşkilatın suverenlik prinsipinə daha çox diqqət yetirərək cəmiyyət və fərdlərin hüquqlarına biganə qalmasına görə qınayır.

Amma sadalananların hamısı olmasa da böyük bir qismi bir amillə bağlıdır – BMT operativliyini itirib. Elə Tramp da bunu deyir. Bəs bunun səbəbi nədir?

Mənə elə gəlir ki, BMT-nin əsas problemi beş daimi üzvün “əsarət”ində olmasıdır. Daimi üzvlərin veto hüququ təşkilatın operativ və real qərar qəbul etməsinə mane olur.

BMT 20-ci əsrdə yarandı və əsrin reallıqları da ona özünün möhrünü vurdu. “Reallıq” deyəndə də daha çox İkinci Dünya müharibəsinin nəticələri nəzərdə tutulur. Amma nə bu məsələ əbədi olaraq belə qala, nə də dünya əbədi olaraq “qalib”lərə və “məğlublar” bölünə bilməz. Ona görə də daha düzgün olardı ki, üzv dövlətlərin daimi və qeyri–daimi üzvlərə bölünməsi praktikasına son qoyulsun.

Digərləri başqa təkliflər də edirlər. Məsələn, deyirlər ki, daimi üzvlərin sayı artırılsın. Amma düşünmürəm ki, bu da təşkilatı siyasi instrument olmaq taleyindən qurtaracaqdır. Əsas odur ki, indi təşkilatda dövlətlərə qarşı bir differnsial münasibət var və buna son qoyulmalıdır.

QLOBALLAŞMA VƏ PLANETAR DÜŞÜNCƏ

O ki qaldı BMT-nin, ümumiyyətlə, gərəkli olub-olmamasına, müasir dünyada birgə qərarların vacibliyi və səylərin koordinasiya edilməsinin zəruriliyi kimsədə şübhə doğurmur.

Qloballaşma zəruri prosesdir – texniki tərəqqi getdikcə məsafələri qəsaldır və insanlarda planetar düşüncə artır. Bəli, bir çox münaqişələr həll olunmayıb. Onarın eləsi var ki, hətta BMT ilə yaşıddır. Amma kim inkar edə bilər ki, BMT-nin olmayacağı təqdirdə bu münaqişələr bir az da çox ola bilərdi? Kim inkar edə bilər ki, yeni dövlətlərin tanınması və oturuşmasında, son imperiyaların çökməsində təşkilatın böyük rolu olub?...

Beləcə, çox arqument sadalamaq olar. Fəqət, bir fikirlə də məsələni yekunlaşdırmaq mümkündür. Filosoflardan birinin sözüdür ki, ağıllı və tədbirli insanlar heç nəyi boşdan yaratmır, yaxşı nə varsa, onu bir az da təkmilləşdirməyə cəhd edirlər.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Sənin fikrin

Şərhləri göstər

XS
SM
MD
LG